Rabalon Rabalon
  • 474
Rabalon

Rabalon

IT

Marketinq Koordinatoru

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq Koordinatoru

  • Истекает 8 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin Təsviri:

  • Şirkətimizin marketinq fəaliyyətlərinin koordinasiyası, CRM bazasının idarə edilməsi və tədbirlərin təşkilati dəstəyi üzrə Marketinq Koordinatoru vəzifəsinə namizəd axtarırıq. Bu pozisiya marketinq şöbəsinin gündəlik operativ işlərinin icrasına cavabdehdir.

İş şəraiti

  • Ünvan: Bakı şəhəri
  • Əmək haqqı: 700 AZN (Net)

Vəzifə Öhdəlikləri:

  • CRM İdarəetməsi: CRM sistemində (HubSpot) potensial müştəri siyahılarının yaradılması, məlumatların bazaya daxil edilməsi və mütəmadi yenilənməsi;
  • Tədbirlərin Təşkili: Təşkil olunan tədbirlər üçün dəvətli siyahılarının formalaşdırılması və koordinasiyası;
  • Poliqrafiya İşləri: Çap materiallarının (buklet, vizitkart, promo məhsullar və s.) sifarişi və çap evləri ilə razılaşmaların aparılması;
  • Logistik Dəstək: Tədbirlər üçün zəruri olan vizual və promo materialların müvafiq məkana çatdırılmasının təşkili;
  • Kontent Yaradılması: Ofisdaxili proseslərdən və tədbirlərdən sosial media (story) üçün görüntülərin (foto/video) çəkilməsi;
  • Hesabatlılıq: Görülən işlər barədə Marketinq Menecerinə mütəmadi hesabatların təqdim edilməsi.

Namizədə dair Tələblər:

  • Təhsil: Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə arzuolunandır);
  • Təcrübə: Müvafiq sahədə (event, admin, marketinq support və ya satış koordinasiyası) minimum 1 il iş təcrübəsi;
  • CRM Bilikləri: CRM sistemləri ilə işləmə bacarığı (HubSpot biliyi üstünlükdür);
  • Dil Bilikləri: Azərbaycan dili – mükəmməl (korporativ yazışma bacarığı), İngilis dili – orta, Rus dili – üstünlükdür;
  • Şəxsi Keyfiyyətlər: Operativlik, detallara qarşı diqqətlilik, məsuliyyət və vaxtın səmərəli idarə edilməsi.

Maraqlanan namizədlərdən mövzu hissəsində “Marketinq Koordinatoru” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

  • Daily54
  • Weekly308
  • Monthly1095