Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinə uyğun olaraq sosial şəbəkələr üçün (Reels, Story, Podcast və s.) video kontentin çəkilişi və montajı
- Vendorlarla keçirilən tədbirlərdə video çəkilişlərin həyata keçirilməsi və qısa promo çarxların hazırlanması (horizontal və vertikal formatda)
- Şirkət daxilində təşkil olunan tədbirlərdən sosial media üçün video roliklərin hazırlanması
- Kreativ ideyaların təklif olunması və kontent inkişafında aktiv iştirak
Tələblər:
- Video çəkiliş və montaj sahəsində təcrübə
- Kreativ düşüncə və vizual zövq
- Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı
- Komanda ilə işləmək bacarığı
Portfolio mütləqdir.
Müraciət Qaydası:
Göstərilən tələblərə uyğun namizədlər öz CV və Portfoliolarını (link və ya PDF formatında) mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Vacib qeyd: Portfoliosuz müraciətlərə baxılmayacaq.