Radisson Baku Hotelə təcrübəli Income Auditor (Gəlirlər üzrə Auditor) axtarırıq, uyğun fəaliyyət sahəsində təcrübəsi olan namizədi komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifə və öhdəliklər:
- Otelin gündəlik gəlir hesabatlarının yoxlanılması və təhlili;
- Otaq gəlirləri, restoran və digər xidmətlər üzrə gəlirlərin düzgünlüyünə nəzarət;
- Gəlir əməliyyatlarında uyğunsuzluqların müəyyən edilməsi və araşdırılması;
- Gündəlik maliyyə hesabatlarının dəqiqliyinin təmin edilməsi;
- Müvafiq əməliyyatların və mühasibat məlumatlarının yoxlanılması.
Tələblər:
- 1C proqramı üzrə biliklər mütləqdir;
- Otel və ya restoran sahəsində iş təcrübəsi arzuolunandır;
- OPERA PMS və Microsoft Office proqramlarını bilmək arzuolunandır;
- Mühasibat uçotu və gündəlik gəlirlərin yoxlanılması üzrə biliklər;
- Diqqətlilik, analitik düşünmə və məsuliyyətlilik.
Təcrübəli namizədlər, yuxarıda qeyd olunan vəzifə ilə maraqlananlar Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.