Radisson Baku Hotel Radisson Baku Hotel
  • 296

Mühasibatlıq və Vergi üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasibatlıq və Vergi üzrə mütəxəssis

  • Истекает 3 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Radisson Baku Hotelə təcrübəli Mühasibatlıq və Vergi üzrə mütəxəssis axtarırıq. Vergi uçotu, vergi hesabatlarının hazırlanması və vergi qanunvericiliyinə uyğun fəaliyyət sahəsində təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifələr:

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi;
  • Aylıq, rüblük və illik vergi bəyannamələrinin, maliyyə hesabatlarının və balansın hazırlanması və təqdim edilməsi;
  • Vergi hesablamalarının düzgün aparılması və vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi;
  • Dövlət orqanları ilə vergi və maliyyə məsələləri üzrə müvafiq hesabatların və yazışmaların aparılması;
  • İşçilərin əməkhaqqının, məzuniyyət haqlarının və digər əmək ödənişlərinin hesablanması;
  • Əməkhaqqı üzrə vergilərin və məcburi sosial ödənişlərin düzgün hesablanması və uçota alınması;
  • Təchizatçılarla hesablaşmaların (Accounts Payable) uçotunun aparılması;
  • Təchizatçılardan daxil olan hesab-fakturaların yoxlanılması, təsdiqlənməsi və sistemdə düzgün əks etdirilməsi;
  • Kreditor borclarına nəzarət və təchizatçılarla ümumi üzləşmələrin aparılması;
  • Müvafiq ödəniş əməliyyatlarının mühasibat sistemində düzgün qeydiyyatı;
  • İnventarizasiya proseslərində iştirak etmək, yoxlamaların aparılmasına və nəticələrin sənədləşdirilməsinə dəstək göstərmək;
  • Ay sonu və il sonu bağlanış proseslərində iştirak etmək;
  • Daxili və xarici audit prosesləri üçün tələb olunan məlumat və sənədlərin hazırlanmasına dəstək göstərmək.

Tələblər:

  • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Vergi uçotu və mühasibatlıq sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini mükəmməl səviyyədə bilmək;
  • PMS sertifikatının olması mütləqdir;
  • 1C proqramında sərbəst işləmək bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi;
  • Vergi və maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə.
  • Elektron hökumət portalları, e-taxes və digər dövlət informasiya sistemləri ilə iş təcrübəsi;

Təcrübəli namizədlər, yuxarıda qeyd olunan vəzifə ilə maraqlananlar Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.

  • Daily109
  • Weekly567
  • Monthly567