Radisson Baku Hotelə təcrübəli Mühasibatlıq və Vergi üzrə mütəxəssis axtarırıq. Vergi uçotu, vergi hesabatlarının hazırlanması və vergi qanunvericiliyinə uyğun fəaliyyət sahəsində təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifələr:
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi;
- Aylıq, rüblük və illik vergi bəyannamələrinin, maliyyə hesabatlarının və balansın hazırlanması və təqdim edilməsi;
- Vergi hesablamalarının düzgün aparılması və vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi;
- Dövlət orqanları ilə vergi və maliyyə məsələləri üzrə müvafiq hesabatların və yazışmaların aparılması;
- İşçilərin əməkhaqqının, məzuniyyət haqlarının və digər əmək ödənişlərinin hesablanması;
- Əməkhaqqı üzrə vergilərin və məcburi sosial ödənişlərin düzgün hesablanması və uçota alınması;
- Təchizatçılarla hesablaşmaların (Accounts Payable) uçotunun aparılması;
- Təchizatçılardan daxil olan hesab-fakturaların yoxlanılması, təsdiqlənməsi və sistemdə düzgün əks etdirilməsi;
- Kreditor borclarına nəzarət və təchizatçılarla ümumi üzləşmələrin aparılması;
- Müvafiq ödəniş əməliyyatlarının mühasibat sistemində düzgün qeydiyyatı;
- İnventarizasiya proseslərində iştirak etmək, yoxlamaların aparılmasına və nəticələrin sənədləşdirilməsinə dəstək göstərmək;
- Ay sonu və il sonu bağlanış proseslərində iştirak etmək;
- Daxili və xarici audit prosesləri üçün tələb olunan məlumat və sənədlərin hazırlanmasına dəstək göstərmək.
Tələblər:
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Vergi uçotu və mühasibatlıq sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini mükəmməl səviyyədə bilmək;
- PMS sertifikatının olması mütləqdir;
- 1C proqramında sərbəst işləmək bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi;
- Vergi və maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə.
- Elektron hökumət portalları, e-taxes və digər dövlət informasiya sistemləri ilə iş təcrübəsi;
Təcrübəli namizədlər, yuxarıda qeyd olunan vəzifə ilə maraqlananlar Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.