RAHAT Supermarketlər şəbəkəsi RAHAT Supermarketlər şəbəkəsi
  • 855

Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi

  • Истекает 22 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Rahat Supermarketlər şəbəkəsi Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri

  • Mağaza, anbar və ofislərdə əsas vəsaitlərin fiziki sayımında (inventarizasiyasında) iştirak etmək;
  • Əsas vəsaitlərin inventar nömrələri ilə markalanmasına və inventar siyahılarının hazırlanmasına dəstək göstərmək;
  • Fiziki sayımın nəticələrini uçot məlumatları ilə müqayisə etmək və aşkar edilmiş fərqləri qeydə almaq;
  • Əsas vəsaitlərin yerləşdiyi məkan və maddi məsul şəxslər barədə məlumatları yoxlamaq və yeniləmək;
  • Əsas vəsaitlərin qəbulu, yerdəyişməsi və silinməsi ilə bağlı sənədləşmə prosesinə dəstək göstərmək;
  • Əsas vəsaitlərin reyestrinin aparılmasında və məlumatların mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək;
  • İnventarizasiya aktlarının və sayım nəticələri üzrə hesabatların hazırlanmasına kömək etmək;
  • Aşkar edilmiş uyğunsuzluqların araşdırılması və aradan qaldırılması prosesində iştirak etmək.

Namizədə dair tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə təhsil almaq və ya müvafiq ixtisas üzrə məzun olmaq;
  • Mühasibat uçotu və əsas vəsaitlər üzrə ilkin biliklərə malik olmaq;
  • MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyət və detallara diqqət;
  • Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Mağaza və anbarlarda keçirilən səyyar inventarizasiya işlərində iştirak etməyə hazır olmaq;
  • İş təcrübəsi tələb olunmur.

İş şərtləri

  • İş yeri: Rahat Supermarketlər şəbəkəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly570
  • Monthly1986