Rahat Supermarketlər şəbəkəsi Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
- Mağaza, anbar və ofislərdə əsas vəsaitlərin fiziki sayımında (inventarizasiyasında) iştirak etmək;
- Əsas vəsaitlərin inventar nömrələri ilə markalanmasına və inventar siyahılarının hazırlanmasına dəstək göstərmək;
- Fiziki sayımın nəticələrini uçot məlumatları ilə müqayisə etmək və aşkar edilmiş fərqləri qeydə almaq;
- Əsas vəsaitlərin yerləşdiyi məkan və maddi məsul şəxslər barədə məlumatları yoxlamaq və yeniləmək;
- Əsas vəsaitlərin qəbulu, yerdəyişməsi və silinməsi ilə bağlı sənədləşmə prosesinə dəstək göstərmək;
- Əsas vəsaitlərin reyestrinin aparılmasında və məlumatların mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək;
- İnventarizasiya aktlarının və sayım nəticələri üzrə hesabatların hazırlanmasına kömək etmək;
- Aşkar edilmiş uyğunsuzluqların araşdırılması və aradan qaldırılması prosesində iştirak etmək.
Namizədə dair tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə təhsil almaq və ya müvafiq ixtisas üzrə məzun olmaq;
- Mühasibat uçotu və əsas vəsaitlər üzrə ilkin biliklərə malik olmaq;
- MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyət və detallara diqqət;
- Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Mağaza və anbarlarda keçirilən səyyar inventarizasiya işlərində iştirak etməyə hazır olmaq;
- İş təcrübəsi tələb olunmur.
İş şərtləri
- İş yeri: Rahat Supermarketlər şəbəkəsi
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.