Rahat Supermarketlər şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların suallarını cavablandırmaq və məhsul seçimi zamanı dəstək olmaq;
- Məhsulların satış zalında düzgün, səliqəli və müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsini, rəflərin daim dolu və satışa hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
- Məhsulların FIFO və FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə, son istifadə tarixlərinə və keyfiyyətinə nəzarət etmək;
- Məhsulların qiymət etiketlərinin düzgünlüyünü və mövcudluğunu yoxlamaq, qiymət, kampaniya və endirim məlumatlarını vaxtında yeniləmək;
- Məhsul ehtiyatlarına nəzarət etmək, çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda sifarişlərin icrasında iştirak etmək;
- Anbardan məhsulların satış zalına vaxtında çıxarılmasını və məhsulların satışa yararlı vəziyyətdə saxlanılmasını təmin etmək;
- Məhsulların zədələnməsi, xarab olması, keyfiyyət problemi və digər uyğunsuzluqları aşkar etdikdə vaxtında rəhbərliyə məlumat vermək;
- Kampaniya və endirim məhsullarının müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsini təmin etmək;
- Kassa aparatı, POS-terminal və digər ödəniş cihazlarından düzgün istifadə etməklə kassa əməliyyatlarını dəqiq həyata keçirmək;
- Satış zamanı məhsulun adı, qiyməti, çəkisi/miqdarı və yekun məbləğinin düzgünlüyünü yoxlamaq, nağd və nağdsız ödənişləri qəbul etmək, qəbzi təqdim etmək və hesab qalığını qaytarmaq;
- Kassa üzrə pul vəsaitlərinin müəyyən edilmiş qaydalara uyğun qəbulunu, sayılmasını və təhvil-təslimini həyata keçirmək, uyğunsuzluqlar barədə məsul şəxsə məlumat vermək;
- Yaş məhdudiyyəti olan məhsulların satışında müştərinin yaşını yoxlamaq və qanunvericiliyin tələblərinə riayət etmək;
- Açıla bilən qutularda olan məhsulların müəyyən edilmiş qaydalara uyğun yoxlanılmasını təmin etmək;
- Satış zalının, rəflərin, kassa zonasının və digər iş sahələrinin təmiz, səliqəli və gigiyenik vəziyyətdə saxlanılmasını təmin etmək;
- İş qrafikinə, iş formasına, şəxsi gigiyena, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, SƏTƏM, SOP, AQTA və şirkətin daxili prosedurlarına riayət etmək;
- Müştəri təklif və şikayətlərini qəbul etmək, mümkün olduqda həll etmək və zəruri hallarda rəhbərliyə yönləndirmək;
- Mağazanın satış və xidmət standartlarına riayət etmək və satış prosesinin effektiv həyata keçirilməsinə dəstək olmaq;
Tələblər
- Təhsil: Orta, peşə təhsili və ya ali
- İş təcrübəsi: Vacib deyil
- Cins: Bəy və Xanım namizədlər
- Kollektivlə işləmək bacarığı
- Tələbələrin müraciət etməsi mümkündür
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 3 növbəli
- İş yeri: Rahat Supermarketlər şəbəkəsi
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi:
- Zəng və WhatsApp: 055 333 66 03
- WhatsApp: 055 909 23 99