RAHAT Supermarketlər şəbəkəsi RAHAT Supermarketlər şəbəkəsi
  • 114

Satıcı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satıcı

  • Deadline 8 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rahat Supermarketlər şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri

  • Müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların suallarını cavablandırmaq və məhsul seçimi zamanı dəstək olmaq;
  • Məhsulların satış zalında düzgün, səliqəli və müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsini, rəflərin daim dolu və satışa hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Məhsulların FIFO və FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə, son istifadə tarixlərinə və keyfiyyətinə nəzarət etmək;
  • Məhsulların qiymət etiketlərinin düzgünlüyünü və mövcudluğunu yoxlamaq, qiymət, kampaniya və endirim məlumatlarını vaxtında yeniləmək;
  • Məhsul ehtiyatlarına nəzarət etmək, çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda sifarişlərin icrasında iştirak etmək;
  • Anbardan məhsulların satış zalına vaxtında çıxarılmasını və məhsulların satışa yararlı vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Məhsulların zədələnməsi, xarab olması, keyfiyyət problemi və digər uyğunsuzluqları aşkar etdikdə vaxtında rəhbərliyə məlumat vermək;
  • Kampaniya və endirim məhsullarının müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsini təmin etmək;
  • Kassa aparatı, POS-terminal və digər ödəniş cihazlarından düzgün istifadə etməklə kassa əməliyyatlarını dəqiq həyata keçirmək;
  • Satış zamanı məhsulun adı, qiyməti, çəkisi/miqdarı və yekun məbləğinin düzgünlüyünü yoxlamaq, nağd və nağdsız ödənişləri qəbul etmək, qəbzi təqdim etmək və hesab qalığını qaytarmaq;
  • Kassa üzrə pul vəsaitlərinin müəyyən edilmiş qaydalara uyğun qəbulunu, sayılmasını və təhvil-təslimini həyata keçirmək, uyğunsuzluqlar barədə məsul şəxsə məlumat vermək;
  • Yaş məhdudiyyəti olan məhsulların satışında müştərinin yaşını yoxlamaq və qanunvericiliyin tələblərinə riayət etmək;
  • Açıla bilən qutularda olan məhsulların müəyyən edilmiş qaydalara uyğun yoxlanılmasını təmin etmək;
  • Satış zalının, rəflərin, kassa zonasının və digər iş sahələrinin təmiz, səliqəli və gigiyenik vəziyyətdə saxlanılmasını təmin etmək;
  • İş qrafikinə, iş formasına, şəxsi gigiyena, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, SƏTƏM, SOP, AQTA və şirkətin daxili prosedurlarına riayət etmək;
  • Müştəri təklif və şikayətlərini qəbul etmək, mümkün olduqda həll etmək və zəruri hallarda rəhbərliyə yönləndirmək;
  • Mağazanın satış və xidmət standartlarına riayət etmək və satış prosesinin effektiv həyata keçirilməsinə dəstək olmaq;

Tələblər

  • Təhsil: Orta, peşə təhsili və ya ali
  • İş təcrübəsi: Vacib deyil
  • Cins: Bəy və Xanım namizədlər
  • Kollektivlə işləmək bacarığı
  • Tələbələrin müraciət etməsi mümkündür

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş vaxtı: 3 növbəli 
  • İş yeri: Rahat Supermarketlər şəbəkəsi 

Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi:

  • Zəng və WhatsApp: 055 333 66 03
  • WhatsApp: 055 909 23 99 
  • Daily0
  • Weekly363
  • Monthly844