RAHAT Supermarketlər şəbəkəsi RAHAT Supermarketlər şəbəkəsi
  • 573

Vergi bölmə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vergi bölmə müdiri

  • Deadline 21 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rahat Supermarketlər şəbəkəsi Vergi bölmə müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri

  • Şirkətin vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aparılmasına nəzarət etmək;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin düzgün hesablanmasını təmin etmək;
  • Vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək;
  • Vergi orqanları ilə yazışmaları, sorğuların cavablandırılmasını və vergi yoxlamaları üzrə prosesləri koordinasiya etmək;
  • Vergi risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün müvafiq tədbirlər görmək;
  • Satış, qaytarma, endirim, kampaniya, bonus, back marja, konsiqnasiya, inventarizasiya fərqləri, zayolma və silinmə əməliyyatlarının vergi uçotuna nəzarət etmək;
  • İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-si üzrə uçotun düzgün aparılmasını təmin etmək;
  • Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının mühasibat uçotu göstəriciləri ilə üzləşdirilməsinə nəzarət etmək;
  • Vergi uçotu ilə maliyyə uçotu arasındakı fərqləri təhlil etmək və müvafiq üzləşdirmələri aparmaq;
  • Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək, onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Vergi proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırılması və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
  • Vergi bölməsinin əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və işlərin keyfiyyətinə nəzarət etmək.

Namizədə tələblər

  • Cins: Bəy və xanım namizədlər
  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Vergi və mühasibatlıq sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Pərakəndə satış sektorunda, xüsusilə çoxsaylı mağazaları olan şəbəkələrdə iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyini və onun praktiki tətbiqini yüksək səviyyədə bilmək;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin hesablanması, bəyannamələrin hazırlanması və yoxlanılması üzrə praktiki təcrübə;
  • Pərakəndə satış əməliyyatlarının vergi uçotu üzrə bilik və təcrübə;
  • İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-sinin uçotu üzrə biliklər;
  • Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının uçot göstəriciləri ilə üzləşdirilməsi üzrə təcrübə;
  • Kameral və səyyar vergi yoxlamaları, vergi orqanlarının sorğularının cavablandırılması və uyğunsuzluqların aradan qaldırılması üzrə praktiki təcrübə;
  • Vergi risklərinin müəyyənləşdirilməsi və qanunvericilik çərçivəsində vergi planlaşdırılması bacarığı;
  • ERP sistemləri ilə iş təcrübəsi və MS Excel proqramını yüksək səviyyədə bilmək;
  • Komandanı idarəetmə, iş bölgüsünün təşkili və hesabatların vaxtında təqdim edilməsinə nəzarət bacarığı;
  • Analitik düşüncə, detallara diqqət, yüksək məsuliyyət və məxfi məlumatlarla işləmək bacarığı.

Əlavə üstünlüklər

  • Peşəkar Mühasib Sertifikatı (PMS), ACCA və ya vergi sahəsi üzrə müvafiq sertifikatların olması;
  • İri vergiödəyiciləri və ya bir neçə hüquqi şəxsdən ibarət şirkətlər qrupu ilə iş təcrübəsi;
  • Vergi proseslərinin avtomatlaşdırılması və daxili nəzarət prosedurlarının qurulması təcrübəsi.

İş şərtləri

  • İş yeri: Rahat Supermarketlər şəbəkəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik və bacarıqları, peşəkar təcrübəsi və vəzifəyə uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Vergi bölmə müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly448
  • Monthly1866