Biznes Analitik

  • Истекает 27 февраль 2026

Namizədə olan tələblər:

  • Minimum 2 il biznes-proseslərlə bağlı (biznes proseslərin təhlili, iş axışı xəritələrinin tərtibi və proseslərin effektivlik baxımından optimallaşdırılması üzrə) təcrübəsi olmalı; 
  • Alqoritmlərin qurulması və proqram tərtibatı sahəsində biliklər (konfiqurasiya planları, texniki tələblər və s. formalaşdırılması üçün); 
  • Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri yaxşı səviyyədə olmalı; 
  • BPMN notasiyalarını və MS Excel, MS Visio, MS Projects proqramlarında yaxşı səviyyədə işləyə bilməli;
  • Biznes ehtiyaclarına uyğun işləmə bacarığı, analitik və həll-yönümlü düşüncə tərzi, eləcə də yüksək kommunikasiya və ünsiyyət qabiliyyəti olmalı.

Namizəd üçün üstünlük olacaq bacarıqlar:

  • Layihələrlə işləmək və layihə idarəedilməsi sahəsində təcrübə; 
  • Agile yanaşma metodlarından ən azı biri üzrə biliklərin olması; 
  • Biznes-proseslərin avtomatlaşdırılması üzrə təcrübə; 
  • PMI (PBA və ya ACP və ya PMP və ya digər) sertifikatlarından ən azı birinə sahib olması.

Vəzifə öhdəlikləri:

  • Tələblərin Əldə Olunması: Biznes-proseslər, Avtomatlaşdırma və ya hər hansı digər texniki həllin məqsədlərini, ehtiyaclarını, hədəflərini və tələblərini dərk etmək və anlamaq üçün bu istiqamətlərin iştirakçıları ilə və sahə üzrə ekspertlərlə əməkdaşlıq etmək. 
  • Biznes tələblərini sənədləşdirmək və təhlil etmək, onların açıq-aydın, anlaşılan və tətbiq olunabilən olmasını təmin etmək; 
  • Data Analizi: Məsələlərin kökünü, trendlərini və modellərini müəyyən etmək üçün müxtəlif mənbələrdən dataları əldə etmək və təhlil etmək;
  • Prosesin Təkmilləşdirilməsi: Mövcud biznes-proseslərin və iş axışlarının inkişaf və təkmilləşdirilmə imkanlarını müəyyən etmək və qiymətləndirmək; 
  • Həll Tərtibi: Biznes ehtiyaclarını qarşılayacaq həllərin təklifini vermək və tərtib etmək üçün bu həllərdən faydalanacaq iştirakçılarla və şəxslərlə işləmək; 
  • Dəyişikliklərin İdarəedilməsi: Yeni həllərin rahat implementasiyası məqsədilə dəyişikliklərin idarəedilməsi proseslərini tam və düzgün icra etmək (kommunikasiyalar, təqdimatlar, təlimatlar, təlimlər və s.) ;
  • Yeni həllərin tərtibi prosesində və implementasiyası dövründə çıxa biləcək potensial riskləri müəyyən etmək və onların təsirinin azaldılması strategiyalarını tərtib etmək;
  • Layihələr: Layihələrin planlanması, icrası və monitor olunmasında iştirak etmək və dəstək göstərmək;
  • Layihənin vaxtında və təyin olunmuş büdcə çərçivəsində tamamlanmasının təmini üçün öz işini kros-funksional komandalarla koordinasiya etmək; 
  • Kommunikasiyalar: Təşkilatın idarəedilməsinin bütün səviyyələrində olan rəhbərlər və əməkdaşlara yeni həllər və layihələrlə bağlı dəyişikliklər, müəyyən olunmuş məsələlər, tövsiyyələr, təkliflər və statusları kommunikasiya etmək;
  • Əsas məlumatların effektiv və dəqiq ötürülməsini təmin etmək;
  • Davamlı İnkişaf: Fəaliyyət sahəsi bağlı trendlər, yeniliklər, üstün təcrübələr və yeni texnologiyalar barəsində davamlı məlumatlı olmaq;
  • Biznes performansını artırmaq və prosesləri təkmilləşdirmək üçün mütəmadi olaraq fürsətləri araşdırmaq və dəyərləndirmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Port Baku Towers 2

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes-Analitik” yazaraq [email protected] ünvanına göndərə

və ya https://careers.ram.az/?vacancy=2255&source=UC_HBS8ZI link vasitəsilə müraciət edə bilərlər.

  • Daily71
  • Weekly336
  • Monthly2278