Namizədə olan tələblər:
- Minimum 2 il biznes-proseslərlə bağlı (biznes proseslərin təhlili, iş axışı xəritələrinin tərtibi və proseslərin effektivlik baxımından optimallaşdırılması üzrə) təcrübəsi olmalı;
- Alqoritmlərin qurulması və proqram tərtibatı sahəsində biliklər (konfiqurasiya planları, texniki tələblər və s. formalaşdırılması üçün);
- Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri yaxşı səviyyədə olmalı;
- BPMN notasiyalarını və MS Excel, MS Visio, MS Projects proqramlarında yaxşı səviyyədə işləyə bilməli;
- Biznes ehtiyaclarına uyğun işləmə bacarığı, analitik və həll-yönümlü düşüncə tərzi, eləcə də yüksək kommunikasiya və ünsiyyət qabiliyyəti olmalı.
Namizəd üçün üstünlük olacaq bacarıqlar:
- Layihələrlə işləmək və layihə idarəedilməsi sahəsində təcrübə;
- Agile yanaşma metodlarından ən azı biri üzrə biliklərin olması;
- Biznes-proseslərin avtomatlaşdırılması üzrə təcrübə;
- PMI (PBA və ya ACP və ya PMP və ya digər) sertifikatlarından ən azı birinə sahib olması.
Vəzifə öhdəlikləri:
- Tələblərin Əldə Olunması: Biznes-proseslər, Avtomatlaşdırma və ya hər hansı digər texniki həllin məqsədlərini, ehtiyaclarını, hədəflərini və tələblərini dərk etmək və anlamaq üçün bu istiqamətlərin iştirakçıları ilə və sahə üzrə ekspertlərlə əməkdaşlıq etmək.
- Biznes tələblərini sənədləşdirmək və təhlil etmək, onların açıq-aydın, anlaşılan və tətbiq olunabilən olmasını təmin etmək;
- Data Analizi: Məsələlərin kökünü, trendlərini və modellərini müəyyən etmək üçün müxtəlif mənbələrdən dataları əldə etmək və təhlil etmək;
- Prosesin Təkmilləşdirilməsi: Mövcud biznes-proseslərin və iş axışlarının inkişaf və təkmilləşdirilmə imkanlarını müəyyən etmək və qiymətləndirmək;
- Həll Tərtibi: Biznes ehtiyaclarını qarşılayacaq həllərin təklifini vermək və tərtib etmək üçün bu həllərdən faydalanacaq iştirakçılarla və şəxslərlə işləmək;
- Dəyişikliklərin İdarəedilməsi: Yeni həllərin rahat implementasiyası məqsədilə dəyişikliklərin idarəedilməsi proseslərini tam və düzgün icra etmək (kommunikasiyalar, təqdimatlar, təlimatlar, təlimlər və s.) ;
- Yeni həllərin tərtibi prosesində və implementasiyası dövründə çıxa biləcək potensial riskləri müəyyən etmək və onların təsirinin azaldılması strategiyalarını tərtib etmək;
- Layihələr: Layihələrin planlanması, icrası və monitor olunmasında iştirak etmək və dəstək göstərmək;
- Layihənin vaxtında və təyin olunmuş büdcə çərçivəsində tamamlanmasının təmini üçün öz işini kros-funksional komandalarla koordinasiya etmək;
- Kommunikasiyalar: Təşkilatın idarəedilməsinin bütün səviyyələrində olan rəhbərlər və əməkdaşlara yeni həllər və layihələrlə bağlı dəyişikliklər, müəyyən olunmuş məsələlər, tövsiyyələr, təkliflər və statusları kommunikasiya etmək;
- Əsas məlumatların effektiv və dəqiq ötürülməsini təmin etmək;
- Davamlı İnkişaf: Fəaliyyət sahəsi bağlı trendlər, yeniliklər, üstün təcrübələr və yeni texnologiyalar barəsində davamlı məlumatlı olmaq;
- Biznes performansını artırmaq və prosesləri təkmilləşdirmək üçün mütəmadi olaraq fürsətləri araşdırmaq və dəyərləndirmək.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Ünvan: Port Baku Towers 2
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes-Analitik” yazaraq [email protected] ünvanına göndərə
və ya https://careers.ram.az/?vacancy=2255&source=UC_HBS8ZI link vasitəsilə müraciət edə bilərlər.