Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Ağır texnikaların ehtiyat hissələri üzrə minimum 3 il iş təcrübəsi;
- Anbar və logistika idarəçiliyi üzrə biliklər;
- ERP sistemləri ilə işləmə bacarığı;
- Azərbaycan dili səlis, rus dilini yaxşı səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
- Ağır texnikalar üçün ehtiyat hissələrinin alınması, saxlanması və istifadəsinin koordinasiyası;
- Mövcud ehtiyat hissələrinin inventarizasiyasının aparılması və yenilənməsinin təmin edilməsi;
- Tələbatın düzgün təhlili əsasında sifarişlərin planlaşdırılması;
- Təchizatçılarla danışıqların aparılması və sərfəli şərtlərlə satınalma müqavilələrinin bağlanılması;
- İdxal prosesi və gömrük rəsmiləşdirmələri üzrə nəzarət və koordinasiya;
- Ehtiyat hissələrinin vaxtında və düzgün təhvil-təsliminin təmin edilməsi;
- Anbarda düzgün və təhlükəsiz saxlanma şəraitinin təmin edilməsi;
- Anbar proqramlarının (ERP, 1C, SAP və s.) istifadə və təkmilləşdirilməsinə nəzarət;
- Artıq və istifadə olunmayan hissələrin idarə olunması üzrə tədbirlərin görülməsi;
- Texniki heyətlə sıx əməkdaşlıq edərək tələbatlara uyğun hissələrin təmin edilməsi;
- Qüsurlu və uyğun olmayan hissələrin təhlili və təchizatçılarla geri qaytarılma prosesi;
- Sənədləşmənin qanunvericiliyə və daxili prosedurlara uyğun aparılması;
- Anbar işçilərinin və logistika komandalarının fəaliyyətinə nəzarət;
- Təkmilləşdirmə və optimallaşdırma layihələrinin təşkili və icrası;
- Yerli bazar ehtiyat hissələrinin alışının həyata keçirilməsi
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
- Ünvan: Lökbatan Dairesi Salyan Şossesi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ehtiyyat Hissələri üzrə Menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.