Ram Holding Ram Holding
  • 1.9K

Ram Holding

Peşəkar xidmətlər

İşə qəbul üzrə Kiçik mütəxəssis/Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə qəbul üzrə Kiçik mütəxəssis/Mütəxəssis

  • Deadline 26 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər: 

  • Ali təhsil (biznes, İR, psixologiya, sosiologiya və oxşar sahələrdə);
  • Azərbaycan dili biliyi, yüksək səviyyədə rus və ya ingilis dili biliyi;
  • İşə qəbul sahəsində 1-2 il iş təcrübəsi;
  • Ofis proqramları üzrə (MS Word, MS Excel, MS Outlook) bilik və istifadə bacarığı.

Vəzifə öhdəlikləri: 

  • İşə qəbul prosesini şirkətin daxili qaydalarına uyğun olaraq aparmaq;
  • İşçi tələbini icraata qəbul edərək vakansiyaya dair tələblərlə tanış olmaq, əsas meyarları dəqiqləşdirmək, ehtiyac olduqda sifarişçi ilə müzakirə etmək;
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin axtarışını həyata keçirmək və namizəd profillərini təhlil etmək;
  • Vakansiya ilə bağlı iş elanı hazırlamaq və elan saytlarına yerləşdirilməsini təmin etmək;
  • Namizəd müraciətlərini dəyərləndirmək və uyğun namizədlərlə ilkin müsahibələri keçirmək;
  • Xüsusi yoxlama tələb olunan vəzifələr üçün namizədlərin test olunmasını təşkil etmək;
  • Təsdiqlənmiş namizədlərə iş təklifi göndərmək, namizədin təklifə cavabı mənfi olduqda səbəblərini dəqiqləşdirmək və namizədin tarixçəsinə qeyd etmək;
  • Təsdiqlənmiş namizədlə bağlı işə qəbul əməliyyatlarının icrasını təmin etmək;
  • Namizəd bazasını mütəmadi yeniləmək, müraciət etmiş namizədləri bazada yoxlamaq və tapılarsa əvvəlki tarixçəsini araşdırmaq, etiraz səbəblərini dəqiqləşdirmək.
  • Yeni əməkdaşa adaptasiya dövründə dəstək olmaq, mütəmadi görüşlər təşkil etmək, “onboarding” mərhələsinə nəzarət etmək

Bizim şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Port Baku Towers 2;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Onlayn təlim platformasından ödənişsiz istifadə.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily9
  • Weekly616
  • Monthly1101