Ram Holding Ram Holding
  • 1.4K

Ram Holding

Professional Services

İşə Qəbul üzrə Təcrübəçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşə Qəbul üzrə Təcrübəçi

  • Истекает 30 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Karyerana HR sahəsində uğurlu bir başlanğıc vermək istəyirsənsə, bu fürsət sənin üçündür!

Port Baku Biznes Mərkəzində yerləşən ofisə işə qəbul komandasına təcrübəçilər axtarırıq. Təcrübə proqramı 3 ay davam edəcək və uğurla başa vuran namizədlər davamlı əməkdaşlıq təklifi alacaq.
Tələblər:

  • Ali təhsil (biznes menecment, psixologiya və ya oxşar sahə)
  • Rus və ya İngilis dillərindən birini yaxşı səviyyədə bilmək
  • Öyrənməyə həvəsli, təşəbbüskar və məsuliyyətli olmaq

İş qrafiki:

  • Həftə içi 5 gün
  • Saat 08:30 – 17:30

İş yeri: Port Baku 2

Təcrübə proqramı çərçivəsində təklif etdiklərimiz:

  • Gündəlik nahar təminatı
  • Peşəkar təlim və inkişaf proqramlarında iştirak imkanı
  • Seçilmiş online təlim platformalarından ödənişsiz istifadə imkanı
  • Uğurlu nəticə göstərən təcrübəçilərlə davamlı iş imkanı

Vəzifə öhdəlikləri:

  • İşə qəbul prosesinin bütün mərhələlərində komandaya dəstək;
  • İş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
  • CV-lərin dəyərləndirilməsi və qoyulan meyarlara uyğun namizədlərin seçilməsi;
  • Namizədlərlə müsahibələrin təşkili və iştirakı;
  • Namizəd bazasının formalaşdırılması və yenilənməsi.

Bu, sənə real iş mühiti ilə tanış olmaq, biliklərini tətbiq etmək və HR sahəsində ilk peşəkar addımını atmaq üçün mükəmməl fürsətdir!
Müraciət üçün CV-lərinizi
Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily130
  • Weekly130
  • Monthly682