Karyerana HR sahəsində uğurlu bir başlanğıc vermək istəyirsənsə, bu fürsət sənin üçündür!
Port Baku Biznes Mərkəzində yerləşən ofisə işə qəbul komandasına təcrübəçilər axtarırıq. Təcrübə proqramı 3 ay davam edəcək və uğurla başa vuran namizədlər davamlı əməkdaşlıq təklifi alacaq.
Tələblər:
- Ali təhsil (biznes menecment, psixologiya və ya oxşar sahə)
- Rus və ya İngilis dillərindən birini yaxşı səviyyədə bilmək
- Öyrənməyə həvəsli, təşəbbüskar və məsuliyyətli olmaq
İş qrafiki:
- Həftə içi 5 gün
- Saat 08:30 – 17:30
İş yeri: Port Baku 2
Təcrübə proqramı çərçivəsində təklif etdiklərimiz:
- Gündəlik nahar təminatı
- Peşəkar təlim və inkişaf proqramlarında iştirak imkanı
- Seçilmiş online təlim platformalarından ödənişsiz istifadə imkanı
- Uğurlu nəticə göstərən təcrübəçilərlə davamlı iş imkanı
Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesinin bütün mərhələlərində komandaya dəstək;
- İş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
- CV-lərin dəyərləndirilməsi və qoyulan meyarlara uyğun namizədlərin seçilməsi;
- Namizədlərlə müsahibələrin təşkili və iştirakı;
- Namizəd bazasının formalaşdırılması və yenilənməsi.
Bu, sənə real iş mühiti ilə tanış olmaq, biliklərini tətbiq etmək və HR sahəsində ilk peşəkar addımını atmaq üçün mükəmməl fürsətdir!
Müraciət üçün CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.