Ram Holding Ram Holding
  • 1.8K

Ram Holding

Peşəkar xidmətlər

İşə Qəbul üzrə Təcrübəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə Qəbul üzrə Təcrübəçi

  • Deadline 22 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza işə qəbul üzrə təcrübəçi axtarırıq! Karyerana HR sahəsində uğurlu bir başlanğıc vermək istəyirsənsə, bu fürsət sənin üçündür!
Port Baku Biznes Mərkəzində yerləşən ofisə işə qəbul komandasına təcrübəçilər axtarırıq. Təcrübə proqramı 3 ay davam edəcək və uğurla başa vuran namizədlər davamlı əməkdaşlıq təklifi alacaq.
Tələblər:

  • Ali təhsil (biznes menecment, psixologiya və ya oxşar sahədə olması üstünlükdür)
  • Rus və ya İngilis dillərindən birini yaxşı səviyyədə bilmək
  • Öyrənməyə həvəsli, təşəbbüskar və məsuliyyətli olmaq

İş şəraiti:

  • Həftə içi 5 gün (part-time)
  • İş yeri: Port Baku 2

Təcrübə proqramı çərçivəsində təklif etdiklərimiz:

  • Gündəlik nahar təminatı
  • Peşəkar təlim və inkişaf proqramlarında iştirak imkanı
  • Seçilmiş online təlim platformalarından ödənişsiz istifadə imkanı
  • Real HR komandasında çalışaraq praktiki biliklər
  • Uğurlu nəticə göstərən təcrübəçilərlə davamlı iş imkanı

Vəzifə öhdəlikləri:

  • İşə qəbul prosesinin bütün mərhələlərində komandaya dəstək;
  • İş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
  • CV-lərin dəyərləndirilməsi və qoyulan meyarlara uyğun namizədlərin seçilməsi;
  • Namizədlərlə müsahibələrin təşkili və iştirakı;
  • Namizəd bazasının formalaşdırılması və yenilənməsi;
  • Yeni işçilərə ilk iş günü və adaptasiya dövründə dəstək;
  • Prosedurlara uyğun olaraq yeni işçi ilə aylıq müsahəbilərin təşkili;
  • İşə qəbul şöbəsinin müxtəlif layihələrində və tədbirlərində iştirakı.

Bu, sənə real iş mühiti ilə tanış olmaq, biliklərini tətbiq etmək və HR sahəsində ilk peşəkar addımını atmaq üçün mükəmməl fürsətdir!
Müraciət üçün CV-nizi “İşə Qəbul üzrə Təcrübəçi” yazaraq
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə və ya https://careers.ram.az/?vacancy=1719&source=UC_HBS8ZI linkinə keçid edərək müraciət edə bilərsiniz.

  • Daily5
  • Weekly354
  • Monthly2034