Korporativ işlər üzrə aparıcı hüquqşünas

  • Истекает 16 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə olan tələblər:

  • Ali təhsil(Hüquq);
  • Korporativ və kommersiya hüququ sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əsas normativ-hüquqi aktları, o cümlədən Mülki, İnzibati Xətalar, Əmək və Vergi məcəllələri, habelə müvafiq qanunvericilik üzrə dərin biliklər;
  • Hüquqi audit, compliance və ya proseslərin standartlaşdırılması layihələrində iştirak təcrübəsi üstünlük hesab olunur;
  • Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə üzrə praktiki təcrübə;
  • Azərbaycan dili – mükəmməl (şifahi və yazılı hüquqi sənədləşmə); İngilis dili – peşəkar səviyyədə (müqavilələrin hazırlanması, yazışma və danışıqlar), Rus dili – üstünlük hesab olunur.
  • MS Office (Word, Excel), Bitrix24 və ya analoji task/CRM sistemlərində sərbəst işləmək; legal tech və süni intellekt alətlərindən istifadə təcrübəsi üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş törəmə şirkətlərin rəhbərliyi və struktur bölmələrindən daxil olan korporativ və kommersiya-hüquqi sorğuların qəbulu, prioritetləşdirilməsi və müəyyən olunmuş müddətlərdə icrası;
  • Standart sorğuların müstəqil bağlanması; mürəkkəb, yüksək riskli və ya konfidensial məsələlərin ilkin hüquqi təhlillə birlikdə şöbə rəhbərinə eskalasiyası;
  • Təchizat, distribusiya, podrat, xidmət, icarə, alqı-satqı, logistika, IT və digər müqavilələrin, əlavə sazişlərin hazırlanması, hüquqi ekspertizası və redaktəsi;
  • Yerli və xarici kontragentlərlə danışıqlarda iştirak və şirkətin hüquqi mövqeyinin müdafiəsi;
  • Qrupdaxili əqdlərin və xidmət müqavilələrinin rəsmiləşdirilməsi;
  • Etibarnamələrin, rəsmi məktubların, pretenziyaların və dövlət orqanlarına müraciətlərin hazırlanması;
  • Səhmdarların (təsisçilərin) ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyəti qərarlarının, gündəliklərin və protokolların hazırlanması;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinə dəyişikliklərin hazırlanması, onların dövlət qeydiyyatının təmin edilməsi;
  • Holdinq üzrə vahid korporativ reyestrin (hüquqi şəxslər, nizamnamələr, səhmdar qərarları, etibarnamələr, idarəetmə orqanlarının səlahiyyət müddətləri) aktual saxlanması;
  • Daxili normativ aktların (əsasnamə, siyasət, prosedur) hazırlanması və hüquqi ekspertizası;
  • Standart müqavilə şablonlarının, playbook-ların, checklist-lərin və sorğu qəbulu (intake) qaydalarının hazırlanması və törəmə şirkətlərdə tətbiqi;
  • Hüquq şöbəsinin xidmət kataloqu, xidmət müddətləri (SLA) və hesabatlılıq modelinin tətbiqində iştirak;
  • Hüquqi auditlər: əvvəlki auditlərin tapıntılarının bağlanması, sağlamlaşdırma planlarının icrasına nəzarət, yeni auditlərin keçirilməsində iştirak;
  • Qanunvericilik dəyişikliklərinin izlənilməsi, onların törəmə şirkətlərin fəaliyyətinə təsirinin təhlili və təkliflərin hazırlanması;
  • Maliyyə, HR, logistika, satınalma və digər bölmələrlə qrupdaxili əməliyyatlar və korporativ dəyişikliklər üzrə koordinasiya;
  • Yeni holdinq siyasətlərinin və hüquqi qaydaların törəmə şirkətlərə izah edilməsi, qısa təlimlərin keçirilməsi;
  • Kənar hüquq məsləhətçiləri cəlb edildikdə işin koordinasiyası;
  • Şöbə rəhbərinin tapşırığı ilə onun olmadığı müddətdə korporativ istiqamət üzrə cari işlərin icrasının təmin edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük;
  • İş saatları: 08:30-17:30.
  • İş yeri: Port Baku Tower 2.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə aparıcı hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri

və ya https://careers.ram.az/?vacancy=2686&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily122
  • Weekly240
  • Monthly1172