Namizədə olan tələblər:
- Ali təhsil(Hüquq);
- Korporativ və kommersiya hüququ sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əsas normativ-hüquqi aktları, o cümlədən Mülki, İnzibati Xətalar, Əmək və Vergi məcəllələri, habelə müvafiq qanunvericilik üzrə dərin biliklər;
- Hüquqi audit, compliance və ya proseslərin standartlaşdırılması layihələrində iştirak təcrübəsi üstünlük hesab olunur;
- Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə üzrə praktiki təcrübə;
- Azərbaycan dili – mükəmməl (şifahi və yazılı hüquqi sənədləşmə); İngilis dili – peşəkar səviyyədə (müqavilələrin hazırlanması, yazışma və danışıqlar), Rus dili – üstünlük hesab olunur.
- MS Office (Word, Excel), Bitrix24 və ya analoji task/CRM sistemlərində sərbəst işləmək; legal tech və süni intellekt alətlərindən istifadə təcrübəsi üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Təhkim olunmuş törəmə şirkətlərin rəhbərliyi və struktur bölmələrindən daxil olan korporativ və kommersiya-hüquqi sorğuların qəbulu, prioritetləşdirilməsi və müəyyən olunmuş müddətlərdə icrası;
- Standart sorğuların müstəqil bağlanması; mürəkkəb, yüksək riskli və ya konfidensial məsələlərin ilkin hüquqi təhlillə birlikdə şöbə rəhbərinə eskalasiyası;
- Təchizat, distribusiya, podrat, xidmət, icarə, alqı-satqı, logistika, IT və digər müqavilələrin, əlavə sazişlərin hazırlanması, hüquqi ekspertizası və redaktəsi;
- Yerli və xarici kontragentlərlə danışıqlarda iştirak və şirkətin hüquqi mövqeyinin müdafiəsi;
- Qrupdaxili əqdlərin və xidmət müqavilələrinin rəsmiləşdirilməsi;
- Etibarnamələrin, rəsmi məktubların, pretenziyaların və dövlət orqanlarına müraciətlərin hazırlanması;
- Səhmdarların (təsisçilərin) ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyəti qərarlarının, gündəliklərin və protokolların hazırlanması;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinə dəyişikliklərin hazırlanması, onların dövlət qeydiyyatının təmin edilməsi;
- Holdinq üzrə vahid korporativ reyestrin (hüquqi şəxslər, nizamnamələr, səhmdar qərarları, etibarnamələr, idarəetmə orqanlarının səlahiyyət müddətləri) aktual saxlanması;
- Daxili normativ aktların (əsasnamə, siyasət, prosedur) hazırlanması və hüquqi ekspertizası;
- Standart müqavilə şablonlarının, playbook-ların, checklist-lərin və sorğu qəbulu (intake) qaydalarının hazırlanması və törəmə şirkətlərdə tətbiqi;
- Hüquq şöbəsinin xidmət kataloqu, xidmət müddətləri (SLA) və hesabatlılıq modelinin tətbiqində iştirak;
- Hüquqi auditlər: əvvəlki auditlərin tapıntılarının bağlanması, sağlamlaşdırma planlarının icrasına nəzarət, yeni auditlərin keçirilməsində iştirak;
- Qanunvericilik dəyişikliklərinin izlənilməsi, onların törəmə şirkətlərin fəaliyyətinə təsirinin təhlili və təkliflərin hazırlanması;
- Maliyyə, HR, logistika, satınalma və digər bölmələrlə qrupdaxili əməliyyatlar və korporativ dəyişikliklər üzrə koordinasiya;
- Yeni holdinq siyasətlərinin və hüquqi qaydaların törəmə şirkətlərə izah edilməsi, qısa təlimlərin keçirilməsi;
- Kənar hüquq məsləhətçiləri cəlb edildikdə işin koordinasiyası;
- Şöbə rəhbərinin tapşırığı ilə onun olmadığı müddətdə korporativ istiqamət üzrə cari işlərin icrasının təmin edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:30-17:30.
- İş yeri: Port Baku Tower 2.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə aparıcı hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri
və ya https://careers.ram.az/?vacancy=2686&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.