Ram Holding Ram Holding
  • 529

Ram Holding

Peşəkar xidmətlər

Satış üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə baş mütəxəssis

  • Deadline 11 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində ən azı 5 il iş təcrübəsi(Rəhbər kimi təcrübə üstünlükdür);
  • Azərbaycan dili səlis, ingilis dili əla səviyyədə olmalı;
  • Ezamlara hazır olmalı;
  • Şəxsi avtomobil və sürücülük vəsiqəsi olmalı.

Vəzifə öhdəlikləri:

  • Satış ilə bağlı bazar araşdırmalarının aparılması və potensial müştərilərin müəyyən edilməsi;                       
  • Şirkət strateqiyasına və hədəflərinə uyğun satış strateqiyasının müəyyən edilməsi;             
  • Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulmasının təmin edilməsi;                       
  • Yeni əlaqələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və təkliflərin verilməsi;                        
  • İşgüzar yazışmaların həyata keçirilməsi və müştərilərlə danışıqların aparılması;                        
  • Müştərilər tərəfindən göndərilən sorğuların satış mütəxəssisləri arasında bölgüsünün planlaşdırılması;                        
  • Satışın icrası üçün lazımi müqavilə sənədlərinin( dövlət reestrindən çıxarış, şirkət direktorunun şəxsiyyət vəsiqəsi, məhsul təhvil alacaq şəxsin etibarnaməsi) düzgün və tam hazırlanması və nəzarət edilməsi;                        
  • Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;                       
  • Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq satış mütəxəssislərinin işinin və onların fəaliyyət planlarının icrasının izlənilməsi, satışla bağlı detalların Bitrix, və 1C-də düzgün qeyd edilməsinə nəzarət edilməsi;                        
  • Satış mütəxəssislərinin regionlara ezamiyyətinin təşkili, bölgələr üzrə bölgünün planlaşdırılması;                        
  • Satış haqqında cashflow, forecast, məhsullara və müştərilərə görə hesabatların hazırlanması;                        
  • Satış mütəxəssisləri üçün aylıq satış hədəflərinin təyin olunması;                        
  • Korporativ satış əməkdaşları üçün yeni əməkdaşların seçilməsi və təlimlərin təşkil olunması;                        
  • Müştəri borclarının ödənişinin təmin edilməsi;                        
  • Məhsulların istifadəçiyə çatdırılmasının təşkil edilməsi;                        
  • İştirak ediləcək tenderlərin seçilməsi;                        
  • Qazanılmış tenderlərin icrasına nəzarət edilməsi;

İş şərtlərimiz:

  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Lökbatan Dairəsi Salyan Şossesi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə baş mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily9
  • Weekly616
  • Monthly1101