Namizədə olan tələblər:
- Ali təhsil;
- Linux administrasiyası üzrə güclü praktiki təcrübə; RHEL ilə iş təcrübəsi böyük üstünlükdür;
- Şəbəkə texnologiyaları, DNS, TLS, reverse proxy, yüksək əlçatanlıq (HA) və informasiya təhlükəsizliyinin əsas prinsipləri üzrə yaxşı anlayış;
- CI/CD proseslərinin qurulması və dəstəklənməsi üzrə praktiki təcrübə; GitLab CI/CD ilə iş təcrübəsi arzuolunandır;
- Docker və Kubernetes (K8s) ilə praktiki iş təcrübəsi;
- Ansible və digər avtomatlaşdırma vasitələri ilə praktiki təcrübə;
- Monitorinq, mərkəzləşdirilmiş loglaşdırma və observability prinsipləri üzrə anlayış və praktiki təcrübə;
- Dil bilikləri: Azərbaycan dili – səlis, rus dili – əla, ingilis dili – arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Optimal məhsul və marka portfelinin formalaşdırılması üçün bazar araşdırılmasının müəyyən edilmiş seqmentləşdirməyə əsasən edilməsi;
- Linux serverlərinin (RHEL, Ubuntu, Oracle Linux) quraşdırılması, konfiqurasiyası və idarə edilməsi;
- Linux sistemləri üzrə korporativ standartların hazırlanması və sənədləşdirilməsi;
- CI/CD pipeline-larının (GitLab CI/CD) qurulması və dəstəklənməsi;
- Ansible ilə infrastrukturun avtomatlaşdırılması (IaC) ;
- Docker/Kubernetes əsaslı konteyner infrastrukturunun idarə edilməsi;
- DNS, TLS, reverse proxy və HA həllərinin konfiqurasiyası;
- Monitorinq (Prometheus/Grafana, Zabbix) və mərkəzləşdirilmiş loglaşdırma (ELK) sistemlərinin qurulması;
- Firewall və əsas təhlükəsizlik tədbirlərinin tətbiqi;
- Development komandaları ilə əməkdaşlıq, DevOps təcrübələrinin yayılması;
- Az təcrübəli əməkdaşlara mentorluq və bilik ötürülməsi;
- Legacy sistemlərin Windows-dan Linux-a miqrasiyası;
- İnsidentlərin diaqnostikası, həlli və sənədləşdirilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Port Baku Tower 2;
- Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Senior Linux System Administrator” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2562&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.