Namizədə olan tələblər:
- Ali təhsil;
- Proqram təminatının keyfiyyət təminatı (QA) sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən QA proseslərinin müstəqil şəkildə təşkilində təcrübə;
- Funksional, inteqrasiya və reqressiya testləri üzrə güclü praktiki təcrübə;
- HTTP, REST API, JSON, klient-server arxitekturası və verilənlər bazaları üzrə yaxşı biliklər;
- Avtomatlaşdırılmış testlərin hazırlanması və ya dəstəklənməsi üzrə praktiki təcrübə;
- SDLC və CI/CD prosesləri, həmçinin proqram təminatının hazırlanmasının müxtəlif mərhələlərində QA rolunun yaxşı anlaşılması.
- Dil bilikləri: Azərbaycan dili – səlis, rus dili və ingilis dili – üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Yeni məhsulların, funksiyaların və dəyişikliklərin hazırlanmasının bütün həyat dövrü ərzində QA prosesinin təşkili;
- Test strategiyasının, test planlarının, test ssenarilərinin və keyfiyyət meyarlarının hazırlanması;
- Funksional, inteqrasiya, reqressiya və API testlərinin həyata keçirilməsi;
- Test avtomatlaşdırmasının inkişaf etdirilməsi və CI/CD proseslərinə inteqrasiyası;
- Defektlərin təhlili, təkrarlanan problemlərin qarşısının alınması və hazırlanma keyfiyyətinin artırılması məqsədilə proqramçılar, analitiklər və DevOps mütəxəssisləri ilə birgə iş.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Port Baku Tower 2;
- Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Senior QA Engineer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2555&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.