Əsas tələblər:
- Mükəmməl Azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür
- Oxşar sahədə 1 ilədək təcrübə
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Məsuliyyətli, gülərüz, pozitiv və komanda ilə işləmək bacarığı
Vəzifələr:
- Ofisin gündəlik işlərinin təşkili və nəzarəti
- Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və idarə olunması
- Ofisin təmizliyi və texniki avadanlıqların işlək vəziyyətdə saxlanılmasına nəzarət
- Ofis ləvazimatlarının təmin edilməsi
- İşçilərə inzibati və texniki dəstəyin göstərilməsi
- Qonaqların qarşılanması və yönləndirilməsi
- Korporativ yazışmaların aparılması və görüşlərin təşkili
İş barədə:
- İş qrafiki: Həftə içi 5 gün, 09:00 – 18:00
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).
Vakansiya ilə maraqlanan şəxslər link-dən keçid edib müraciət edə bilər və ya elektron poçt ünvanına CV göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.