Tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli
ixtisaslar üzrə); - Mühasibat sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyinə dair yaxşı biliklər;
- 1C, Microsoft Excel və Word proqramlarında yaxşı işləmək bacarığı.
Öhdəliklər:
- Şirkətin mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə və uçot siyasətinə uyğun aparılması;
- E-qaimələrin hazırlanması və Elektron Vergi Portalı vasitəsilə təqdim edilməsi;
- Hesab-fakturaların tərtib olunması və müştərilərə göndərilməsi;
- Göndərilmiş e-qaimələrin uçotla tutuşdurulması;
- Bank əməliyyatlarının aparılması, xarici və yerli müştərilərlə qarşılıqlı hesablaşmaların uçotu
və aktların uzlaşdırılması; - Debitor borcların izlənilməsi;
- Mühasibat sənədlərinin qanunvericiliyə uyğun qruplaşdırılması, arxivləşdirilməsi və saxlanılması;
- Məlumatların məxfiliyinin qorunması;
- Rəhbərliyin həvalə etdiyi digər mühasibat işlərinin yerinə yetirilməsi.
İş şərtləri:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: həftəiçi 5 gün, 08:30-17:30;
- Ünvan: Qaradağ rayonu, Salyan şosesi 14-cü km.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.