Satış üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə Mütəxəssis

  • Deadline 30 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:    

  • Ali təhsil;
  • Ağır texnika, tikinti, avtomobil və ya avadanlıq sahəsində kommersiya satışı üzrə minimum 2 il təcrübə;
  • Müştərilərlə münasibət qurmaq, təklif hazırlamaq və danışıqlar aparmaq bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı; ingilis dilində ünsiyyət bacarığı; rus dili üstünlükdür;
  • Excel və ofis proqramlarında işləmək bacarığı;
  • Ezamiyyətlərə və səfərlərə hazır olmaq;
  • B kateqoriya sürücülük vəsiqəsi

Vəzifə öhdəlikləri:  

  • Ağır texnikanın kommersiya satışını planlaşdırmaq və həyata keçirmək;
  • Potensial və mövcud müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək;
  • Texniki xüsusiyyətlərə əsaslanaraq məhsulların təklif və qiymət təkliflərini hazırlamaq;
  • Müqavilələrin bağlanması üçün danışıqlar aparmaq və şərtləri razılaşdırmaq;
  • Satış planlarının icrasını izləmək və satış göstəricilərinin hesabatını hazırlamaq;
  • Bazarı və rəqabət mühitini öyrənmək, yeni satış imkanlarını müəyyən etmək;
  • Müştəri bazasını və satış əməliyyatlarına dair məlumatları sistemli şəkildə qeyd etmək;
  • Satış sənədləşməsini hazırlamaq və daxili şöbələrlə (texniki, hüquqi, maliyyə) əməkdaşlıq etmək;
  • Müştərilərə satışdan sonrakı dəstək göstərilməsində iştirak etmək.

İş şərtlərimiz: 

  • Əmək haqqı: müsahibə əsasında;
  • Ünvan: Lökbatan Dairesi Salyan Şossesi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.      

  • Daily85
  • Weekly536
  • Monthly2505