Tender üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tender üzrə aparıcı mütəxəssis

  • Deadline 23 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Ali təhsil(hüquq, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Satınalma və tender prosesləri üzrə hüquqi biliklər;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Elektron satınalma sistemləri ilə işləmək təcrübəsi (e-gov, ASAN Procurement və s.).

Vəzifə öhdəlikləri:

  • Tender proseslərinin mövcud qanunvericilik və daxili prosedurlara uyğun şəkildə təşkili və həyata keçirilməsi;
  • Tender elanlarının hazırlanması, dərc edilməsi və iştirakçılardan təkliflərin qəbulunun təmin edilməsi;
  • Tender təkliflərinin texniki və maliyyə baxımından qiymətləndirilməsində iştirak;
  • Tender komissiyası ilə birgə qərarların verilməsində və protokolların hazırlanmasında iştirak;
  • Müqavilələrin şərtlərinin hazırlanmasına dəstək göstərilməsi və satınalma prosesinin sonrakı mərhələlərinin izlənilməsi;
  • Təchizatçılar və podratçılarla effektiv əməkdaşlığın qurulması və saxlanılması;
  • Tender sənədlərinin tamlığı və düzgünlüyünün təmin edilməsi, müvafiq arxivləşdirilmənin aparılması;
  • Elektron tender platformalarında (ASAN Procurement, e-gov və s.) sənədlərin yerləşdirilməsi və idarə olunması;
  • Tenderlə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericilikdə və daxili normativ sənədlərdə baş verən dəyişikliklərin izlənməsi və proseslərə tətbiqinin təmin edilməsi;
  • Tender fəaliyyətləri ilə bağlı risklərin müəyyən edilməsi və minimallaşdırılması üçün təkliflərin irəli sürülməsi;
  • Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin təqdim edilməsi və müvafiq izahatların verilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Lökbatan Dairəsi Salyan Şossesi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily10
  • Weekly588
  • Monthly2301