Namizədə olan tələblər:
- Ali təhsil(hüquq, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Satınalma və tender prosesləri üzrə hüquqi biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Elektron satınalma sistemləri ilə işləmək təcrübəsi (e-gov, ASAN Procurement və s.).
Vəzifə öhdəlikləri:
- Tender proseslərinin mövcud qanunvericilik və daxili prosedurlara uyğun şəkildə təşkili və həyata keçirilməsi;
- Tender elanlarının hazırlanması, dərc edilməsi və iştirakçılardan təkliflərin qəbulunun təmin edilməsi;
- Tender təkliflərinin texniki və maliyyə baxımından qiymətləndirilməsində iştirak;
- Tender komissiyası ilə birgə qərarların verilməsində və protokolların hazırlanmasında iştirak;
- Müqavilələrin şərtlərinin hazırlanmasına dəstək göstərilməsi və satınalma prosesinin sonrakı mərhələlərinin izlənilməsi;
- Təchizatçılar və podratçılarla effektiv əməkdaşlığın qurulması və saxlanılması;
- Tender sənədlərinin tamlığı və düzgünlüyünün təmin edilməsi, müvafiq arxivləşdirilmənin aparılması;
- Elektron tender platformalarında (ASAN Procurement, e-gov və s.) sənədlərin yerləşdirilməsi və idarə olunması;
- Tenderlə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Qanunvericilikdə və daxili normativ sənədlərdə baş verən dəyişikliklərin izlənməsi və proseslərə tətbiqinin təmin edilməsi;
- Tender fəaliyyətləri ilə bağlı risklərin müəyyən edilməsi və minimallaşdırılması üçün təkliflərin irəli sürülməsi;
- Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin təqdim edilməsi və müvafiq izahatların verilməsi.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Lökbatan Dairəsi Salyan Şossesi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.