Sosial media üzərindən satış prosesini idarə edəcək mütəxəssis axtarılır. Namizəd müraciətləri operativ cavablandırmalı, müştərilərlə yazışma və zəng vasitəsilə məhsulları təqdim edib satışları effektiv şəkildə həyata keçirməlidir.
Vəzifə öhdəlikləri
- Instagram, TikTok, Facebook və WhatsApp üzərindən daxil olan müraciətlərin cavablandırılması
- Müştərilərlə mesaj və telefon zəngləri vasitəsilə satışın həyata keçirilməsi
- Məhsulların düzgün və cəlbedici formada təqdim olunması
- Sifarişlərin qəbul edilməsi və izlənməsi
- Müştəri məmnuniyyətinin təmin edilməsi
- Satış nəticələri üzrə hesabatların hazırlanması
İş şəraiti
- İş qrafiki: Həftədə 5 iş günü (Bazar ertəsi – Cümə)
- İş saatları: 10:00 – 18:00
- İş yeri: Nərmanov Çinar Park biznes mərkəzi (tam ştat)
- Əmək haqqı - 700 AZN + bonus sistemi
Tələblər
- Xanım namizədlər
- Yaş: 21 – 28
- Satış və ya müştəri xidməti sahəsində minimum 1 il iş təcrübəsi
- Yazılı və şifahi ünsiyyət, inandırma bacarığının yüksək olması
- Sosial şəbəkələrlə aktiv işləmə bacarığı
- Azərbaycan dilində sərbəst yazı və danışıq
- Məsuliyyətli, diqqətli və nəticə yönümlü olmaq
Üstünlüklər
- Stabil iş mühiti
- Karyera inkişafı imkanı
- Təlim və adaptasiya dəstəyi
- Gəlirin artım perspektivi
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.
WhatsApp: 055 458 16 26
Qeyd - Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq