Servis Koordinatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Servis Koordinatoru

  • Deadline 21 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ünvan: Əhməd Rəcəbli 1, 23 C

Vəzifənin məqsədi:

Servisə daxil olan tibbi avadanlıqların qeydiyyatı, ilkin baxışı, təmir prosesinin təşkili və koordinasiyası, sənədləşmə və ehtiyat hissələrinin təminatına nəzarət.
Əmək funksiyaları:

  • Servisə daxil olmuş tibbi cihazların proqram təminatında qeydiyyatını aparmaq;
  • Cihazlar üzrə ilkin vizual inspeksiyanı həyata keçirmək, görünən qüsurları qəbul vərəqində qeyd etmək;
  • Müştərilərə təmir prosesi, müddəti və şərtləri barədə məlumat vermək, cihazların təmirə qəbulunu sənədləşdirmək;
  • Təmir bölməsinə qəbul edilmiş cihazlar barədə məlumat vermək və onların təmirə təqdim olunmasını təmin etmək;
  • Təmir xidməti tərəfindən tələb olunan ehtiyat hissələrinin anbardan alınması və təhvil verilməsi prosesini idarə etmək;
  • Təmir olunmuş cihazların nəticə yoxlamasını aparmaq, qüsur aşkar edilərsə, təmir xidmətinə geri yönləndirmək;
  • Təmir aktlarını proqram təminatında formalaşdırmaq və arxivləşdirmək;
  • Ehtiyat hissələrinin mövcudluğuna nəzarət etmək, çatışmazlıq hallarında aidiyyəti üzrə məlumat vermək;
  • Servis proseslərinin düzgün sənədləşdirilməsinə və izlənilməsinə nəzarət etmək.

Səriştəlik tələbləri:

  • Tibbi avadanlıqların texniki xüsusiyyətləri barədə ilkin anlayış;
  • Kompüter proqramlarında işləmə bacarığı;
  • Dəqiq və məsuliyyətli sənədləşmə aparmaq bacarığı;
  • Komanda ilə işləmə və müxtəlif struktur bölmələri ilə koordinasiya qabiliyyəti;
  • Müştəri ilə etik və nəzakətli ünsiyyət bacarığı;
  • Ingilis dili

Kvalifikasiya tələbləri:

  • Təhsil səviyyəsi: Orta texniki və ya peşə təhsili (ali texniki təhsil üstünlükdür)
  • İş təcrübəsi: Tələb edilmir (üstünlük, tibbi texnika, anbar və Logistika sahəsində təcrübə)

İş şəraiti:

  • Əmək haqqı: Müsabiqə nəticələri və Müsahibə əsasında
  • İş qrafiki: 10-18, altı günlük iş həftəsi
  • Vəd edirik: Əmək müqaviləsi, əməkdaşlıq etdiyimiz klinikada həkim və laborator müayinə qiymətlərində müəyyən güzəştlər (ailə üzvləri daxil), nahar yeməyi.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly566
  • Monthly1280