Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 20 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

«RASMAR» MMC mühəndislik, satınalma, logistika və sənaye təchizatı xidmətləri göstərən dinamik inkişaf edən şirkətdir. Mühasibatlıq komandamızı genişləndirmək və maliyyə-vergi əməliyyatlarını peşəkar səviyyədə idarə etmək üçün təcrübəli Mühasib xanım axtarışındayıq.

Ünvan: Bakı şəhəri

Vəzifə Öhdəlikləri

  • Bütün növ vergi (ƏDV, Mənfəət, Ödəmə Mənbəyindən Tutulan Vergi, Əmlak, Torpaq və s.), DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına (e-taxes.gov.az, e-sosial.gov.az) vaxtında təqdim olunması;
  • Mühasibat uçotunun 1C (8.3) proqramında dəqiq və qanunvericiliyə uyğun aparılması;
  • İdxal-ixrac (gömrük) əməliyyatlarının mühasibat uçotunun aparılması, B3 gömrük bəyannamələri və invoyslar üzrə işlərin icrası;
  • Elektron Qaimə-Fakturaların (EQF) tərtib olunması, göndərilməsi və daxil olan qaimələrin yoxlanılaraq sistemə daxil edilməsi;
  • Kassa, bank (Milli və Xarici valyuta hesabları) əməliyyatlarının aparılması və ödəniş tapşırıqlarının hazırlanması;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və son haqq-hesabların hesablanması;
  • Debitor və kreditor borclarına gündəlik nəzarət, qarşılıqlı üzləşmə aktlarının tərtibi və yoxlanılması;
  • Aylıq, rüblük və illik daxili maliyyə və idarəetmə hesabatlarının rəhbərliyə təqdim edilməsi.

Namizədə Dair Tələblər

  • Cins: Xanım;
  • Təhsil: Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat üzrə ali təhsil arzuolunandır);
  • İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi (bütün növ hesabatları müstəqil təqdim etmə bacarığı mutləqdir);
  • Vergi Məcəlləsini və əmək qanunvericiliyini bilməli;
  • Proqram bilikləri: 1C:Mühasibatlıq (8.3), Microsoft Excel (yüksək səviyyədə), BTP, e-Təchizat və e-Gov portalları ilə sərbəst işləmək bacarığı;
  • Sənədləşmə, invoys və logistika sənədləri (CMR və s.) ilə işləmə təcrübəsi;
  • Dillər: Azərbaycan dili (sərbəst), Rus dili (biznes yazışmaları və interfeys səviyyəsində arzuolunandır);
  • Dəqiqlik, məsuliyyətlilik, analitik təfəkkür və komandada işləmək bacarığı.

İş Şəraiti və Təminatlar

  • İş qrafiki: 5 gün (09:00 – 18:00);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat;
  • Peşəkar və mehriban kollektivdə karyera və inkişaf imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Mühüm qeyd: Məktubun mövzu (Subject) hissəsində Mühasib xanım qeyd olunması mütləqdir. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly330
  • Monthly1751