Satış və sorğular üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış və sorğular üzrə mütəxəssis

  • Deadline 20 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

«RASMAR» MMC mühəndislik, satınalma, logistika və sənaye təchizatı sahələrində fəaliyyət göstərən dinamik şirkətdir. Müştərilərdən və tərəfdaşlardan daxil olan sorğuların vaxtında cavablandırılması, qiymət təkliflərinin operativ tərtib olunması və kommersiya yazışmalarının aparılması üçün məsuliyyətli, operativ və unsiyyətcil işçi axtarışındayıq.

Ünvan: Bakı şəhəri

Vəzifə Öhdəlikləri

  • Müştərilərdən, tərəfdaşlardan və satınalma sorğularından daxil olan zəngləri, e-poçtları və sorğuları operativ şəkildə cavablandırmaq;
  • Tələb olunan malların/xidmətlərin spesifikasiyasına uyğun olaraq qiymət təkliflərini (commercial offer / proforma invoice) hazırlamaq və müştərilərə göndərmək;
  • Göndərilmiş qiymət təkliflərinin statusunu izləmək və müştərilərlə əks-əlaqə yaratmaq;
  • Təchizatçılardan və istehsalçılardan ilkin qiymət və çatdırılma müddətlərini öyrənmək;
  • Müştəri bazası və daxil olan sorğular üzrə gündəlik/həftəlik hesabatlılığı aparmaq;
  • Rəhbərliyin verdiyi digər cari tapşırıqları vaxtında icra etmək.

Namizədə Dair Tələblər

  • Təhsil: Ali və ya orta-ixtisas təhsili;
  • İş təcrübəsi: Analoji sahədə (müştəri xidmətləri, satış dəstəyi, satınalma və ya sorğularla iş) minimum 1 il təcrübə arzuolunandır (yeni məzunlar da müraciət edə bilər);
  • Kompyuter bilikləri: MS Office (xüsusilə MS Excel və MS Outlook proqramlarında sərbəst işləmək bacarığı);
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (biznes yazışmaları və sorğuları cavablamaq üçün arzuolunandır);
  • Yazılı və şifahi ünsiyyət qabiliyyəti, rəsmi işgüzar yazışma qaydalarını bilmək;
  • Operativlik, diqqətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı.

İş Şəraiti və Təminatlar

  • İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə, 09:00 – 18:00);
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsi;
  • Gələcəkdə karyera və əməkhaqqı artımı imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Mühüm qeyd: Məktubun mövzu (Subject) hissəsində Satış və sorğular üzrə mütəxəssis qeyd olunması mütləqdir.

  • Daily2
  • Weekly235
  • Monthly1655