Aparıcı Mühasib (istehsalat sahəsi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aparıcı Mühasib (istehsalat sahəsi)

  • Истекает 14 март 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Qaimə-fakturaların uçotunu aparılması, onların elektron informasiya sistemində doldurulmasının düzgünlüyünə, vaxtında verilməsinə və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etməlidir;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirməlidir;
  • Bütün hesab-fakturaların, xərc sənədlərini, müqavilə sənədlərini və onlardan irəli gələn aktları, qaimə-fakturaların  hazırlanması və qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişin icra edilməsi üçün hazırlamalıdır;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməlidir; 
  • Vergi, Statistika və digər dövlət nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasında iştirak etmək;
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etməli və uçotun Cəmiyyətin vergi siyasətinə uyğunluğunu təmin etməlidir;
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirməlidir;
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etməlidir;
  • Hesabların uçotunun yoxlanılması: mühasibatlıq hesablarının dəqiqliyinin və uyğunluğunun yoxlanılması, uçot qeydlərinin və maliyyə hesabatlarının düzgünlüyünü təmin etməlidir;
  • Daxili və kənar audit yoxlaması və ya digər yoxlamalar zamanı daxil olan sorğuları vaxtında cavablandırmalı, sorğu edilmiş məlumatları Cəmiyyətin daxili prosedur qaydalarına əsasən təqdim etməlidir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələr üzrə məlumatları hazırlamalı və elektron uçotunu aparmalıdır;
  • Əsas vəsaitlərin alınması, amortizasiyası və ləğv edilməsinin qeydlərini aparmaq;
  • Əməliyyatların 1C (ERP) proqramında işlənməsi.

Namizədə olan tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • Aparıcı Mühasib olaraq ən az 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, Rus dili biliyi yaxşı, İngilis dili orta səviyyədə;
  • Peşəkar mühasib sertifikatı olan namizədlərə üstünlük veriləcəkdir;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
  • 1C (8.3) proqramını əla səviyyədə bilmək;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi.

Əlavə məlumat:

  • İş vaxtı: Bazar ertəsi – Cümə;
  • İş yeri: Badamdar qəsəbəsi, Qurd qapısını yaxınlığı;
  • Forma və yemək şirkət tərəfindən təmin olur;
  • Uğurlu namizədin əmək haqqı tələbi nəzərə alınacaq.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “ Aparıcı Mühasib (istehsalat sahəsi)” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

  • Daily137
  • Weekly493
  • Monthly1067