İş şəraiti
- Yer: Bakı, Azərbaycan
- İş formatı: Tam ştat (ofisdə, 5/2 qrafik və ya çevik iş rejimi)
- İş saatları: 09:00- 18:00
- Təcrübə: 1 ildən 3 ilə qədər
- Əmək haqqı: Müsahibənin nəticələrinə əsasən müəyyən olunur
Vəzifələr:
- Proqram təminatının hazırlanması və dəstəklənməsi
- Texniki sənədlərlə işləmək
- Layihə komandası ilə qarşılıqlı əməkdaşlıq
Namizədə tələblər:
- C/C++ proqramlaşdırma dilləri üzrə əla biliklər
- Obyekt yönlü proqramlaşdırma (OOP) prinsiplərini və alqoritmləri dərindən başa düşmək
- Versiya nəzarəti sistemləri ilə işləmə bacarığı (məsələn, Git)
Dil bacarıqları:
- Rus dili — sərbəst
- İngilis dili — texniki səviyyədə (sənədləri oxumaq və anlamaq üçün)
Üstünlük verilir:
- Qt, Python, Bash, ROS, OpenCV, OpenCL ilə iş təcrübəsi
- Linux əməliyyat sistemi üçün proqram təminatının hazırlanması
- Raspberry Pi kimi tək lövhəli kompüterlərlə iş təcrübəsi
- STM32, ESP32, Arduino mikrokontrollerlərini tanımaq
- Rəqəmsal sxem texnikası və element bazası haqqında bilik
- Müxtəlif kommunikasiya protokolları və interfeyslər haqqında bilik
- Çoxaxınlı (multithreaded) tətbiqlərin hazırlanması üzrə təcrübə
- Robototexnika sahəsində praktiki bacarıqlar
- Altium Designer və/və ya KiCad proqramları ilə işləmək bacarığı
Biz təklif edirik:
- Müasir və müxtəlif layihələrdə iştirak
- Peşəkar və motivasiyalı komandada çalışma imkanı
- Yeni texnologiya və alətlərlə tanış olmaq və onlarla işləmə imkanı
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün əlverişli şərait
Müraciət qaydası:
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.