C++ Proqramçı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

C++ Proqramçı

  • Истекает 22 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • Yer: Bakı, Azərbaycan
  • İş formatı: Tam ştat (ofisdə, 5/2 qrafik və ya çevik iş rejimi)
  • İş saatları: 09:00- 18:00
  • Təcrübə: 1 ildən 3 ilə qədər
  • Əmək haqqı: Müsahibənin nəticələrinə əsasən müəyyən olunur

Vəzifələr:

  • Proqram təminatının hazırlanması və dəstəklənməsi
  • Texniki sənədlərlə işləmək
  • Layihə komandası ilə qarşılıqlı əməkdaşlıq

Namizədə tələblər:

  • C/C++ proqramlaşdırma dilləri üzrə əla biliklər
  • Obyekt yönlü proqramlaşdırma (OOP) prinsiplərini və alqoritmləri dərindən başa düşmək
  • Versiya nəzarəti sistemləri ilə işləmə bacarığı (məsələn, Git)

Dil bacarıqları:

  • Rus dili — sərbəst
  • İngilis dili — texniki səviyyədə (sənədləri oxumaq və anlamaq üçün)

Üstünlük verilir:

  • Qt, Python, Bash, ROS, OpenCV, OpenCL ilə iş təcrübəsi
  • Linux əməliyyat sistemi üçün proqram təminatının hazırlanması
  • Raspberry Pi kimi tək lövhəli kompüterlərlə iş təcrübəsi
  • STM32, ESP32, Arduino mikrokontrollerlərini tanımaq
  • Rəqəmsal sxem texnikası və element bazası haqqında bilik
  • Müxtəlif kommunikasiya protokolları və interfeyslər haqqında bilik
  • Çoxaxınlı (multithreaded) tətbiqlərin hazırlanması üzrə təcrübə
  • Robototexnika sahəsində praktiki bacarıqlar
  • Altium Designer və/və ya KiCad proqramları ilə işləmək bacarığı

Biz təklif edirik:

  • Müasir və müxtəlif layihələrdə iştirak
  • Peşəkar və motivasiyalı komandada çalışma imkanı
  • Yeni texnologiya və alətlərlə tanış olmaq və onlarla işləmə imkanı
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün əlverişli şərait

Müraciət qaydası:

  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Daily169
  • Weekly380
  • Monthly743