Əsas öhdəliklər:
- Tikinti sahəsinə daxil olan materialların, avadanlıqların və alətlərin qəbulunu, yerləşdirilməsini və saxlanılmasını təmin etmək.
- Materialların təhvil-təslim sənədlərinə (qaimə, faktura) uyğunluğunu (miqdar, keyfiyyət və çeşid) yoxlamaq və qəbul etmək.
- Material və alətlərin sahə işçilərinə, ustalara və subpodratçılara təsdiqlənmiş tələbnamə/sifariş əsasında buraxılışını həyata keçirmək.
- Anbara daxil olan və çıxan bütün malların uçotunu 1C proqramında və ya müvafiq jurnallarda dəqiq və vaxtında aparmaq.
- Anbardakı tikinti materiallarının və alətlərin təhlükəsizliyini, zədələnmədən və korlanmadan saxlanmasını təmin etmək.
- Dövri və illik inventarizasiya (sayım) işlərində fəal iştirak etmək, faktiki qalıqları proqram göstəriciləri ilə müqayisə etmək.
- Tikinti alətlərinin və xüsusi geyimlərin qaytarılmasına, sazlığına və uçotuna nəzarət etmək.
- Anbar ərazisində səliqə-sahmana və əməyin təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək.
Namizədə olan tələblər:
- Təhsil: Orta ixtisas və ya ali təhsil.
- Təcrübə: Tikinti sahəsində anbardar kimi minimum 3 il iş təcrübəsi (tikinti materiallarını tanımaq mütləqdir).
Proqram bilikləri:
- 1C (Anbar / Uçot) – yaxşı səviyyədə.
- MS Excel – baza/orta səviyyədə.
- Biliklər: Tikinti materiallarının (sement, armatur, kərpic, boya, izolyasiya və s.) saxlanma şəraitini və xüsusiyyətlərini bilmək.
- Bacıraqlıqlar: Dürüstlük, məsuliyyətlilik, fiziki dözümlülük, kollektivlə işləmək və rəqəmlərlə dəqiq işləmək bacarığı.
Ünvan - Ofis Ünvan Svetlana Məmmədova 203c
Əlaqə +994512059867
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.