Vəzifənin əsas məqsədi:
- Şirkətin kadr uçotu və əmək münasibətləri üzrə sənədləşməsini (EMAS/İSB/1C) qanunvericiliyə uyğun, dəqiq və vaxtında aparmaq, eyni zamanda onboarding–offboarding, motivasiya, təlim və daxili HR təşəbbüslərini sistemli şəkildə idarə edərək komandanın sağlam HR mühitini gücləndirmək.
Əsas funksiyalar və vəzifə öhdəlikləri:
Kadr uçotu və sənədləşmə
- İşə qəbul, işdən azad, vəzifə/şöbə dəyişikliyi, əmək haqqı şərtlərinə dəyişiklik, ezamiyyət, məzuniyyət, intizam tədbirləri və s. üzrə sənədləşmənin tam icrası
- Əmək müqavilələrinin hazırlanması, əlavələr və dəyişikliklərin rəsmiləşdirilməsi, şəxsi işlərin formalaşdırılması, arxivləşdirilməsi
- Ərizə, təqdimat, əmr, akt, arayış, razılıq blankları və digər HR sənədlərinin hazırlanması və standartlara uyğun saxlanılması
- Məzuniyyətlərin planlanması və uçotu: məzuniyyət qrafikləri, qalıqların izlənməsi, müvafiq qeydiyyatların aparılması
- İşçilərin məlumat bazasının aktual saxlanılması, məxfilik və məlumatların qorunması qaydalarına ciddi riayət
Sistemlərdə işləmə: EMAS / İSB / 1C
- EMAS-da əmək müqavilələri və kadr əməliyyatlarının düzgün qeydiyyatı və izlənməsi
- İSB və 1C-də HR/kadr məlumatlarının daxil edilməsi, yoxlanması, uyğunluq nəzarəti
- Sistemlərdə uyğunsuzluqların operativ aşkarlanması, düzəlişlərin təşkili və prosesin izlənməsi
- Audit yoxlamaları üçün tələb olunan məlumatların hazırlanması (sənəd və sistem uyğunluğu)
Onboarding və adaptasiya
- Yeni işçilər üçün onboarding planının hazırlanması (1-ci gün / 1-ci həftə / 1-ci ay) və icrasının koordinasiyası
- Adaptasiya dövründə işçi ilə mütəmadi əlaqə, geri-bildirimlərin toplanması, risklərin əvvəlcədən müəyyən edilməsi
- Sınaq müddəti qiymətləndirmələrinin toplanması və nəticələrin sənədləşdirilməsi
Offboarding və işdən ayrılma prosedurları
- İşdən ayrılma prosesinin idarə edilməsi: sənədləşmə, təhvil-təslim, çıxış müsahibəsi (exit interview)
- Riskli halların (konfliktli ayrılma, intizam tədbirləri, mübahisələr) düzgün kommunikasiya və sənəd intizamı ilə idarə edilməsi
- Əmək münasibətlərinin bağlanması zamanı hüquqi uyğunluğa nəzarət
Motivasiya və daxili HR təşəbbüsləri
- Motivasiya və tanınma proqramlarının təşkili və icrası (tədbirlər, mükafatlandırma mexanizmləri, daxili kampaniyalar)
- Komanda mühitinin yaxşılaşdırılması üçün HR layihələrində iştirak (mədəniyyət, kommunikasiya, engagement)
Təlim və inkişaf
- Təlim ehtiyaclarının toplanması, təlim planlarının hazırlanmasında iştirak
- Daxili təlimlərin təşkilində koordinasiya (təlim təqvimi, qeydiyyat, iştirak izlənməsi, nəticə qiymətləndirməsi)
- Yeni işçilər üçün əsas daxili qaydalar üzrə məlumatlandırma sessiyalarının təşkili (şirkət qaydaları, etik davranış, daxili prosedurlar)
HR hesabatlılığı və analitika (Excel)
- HR göstəriciləri üzrə hesabatların hazırlanması: işə qəbul/işdən çıxma, kadr dövriyyəsi, məzuniyyət statusu, adaptasiya nəticələri və s.
- Excel-də məlumatların işlənməsi: cədvəllər, filtre/sort, pivot, şərti formatlama, məntiqi funksiyalar (IF və s.)
- Rəhbərlik üçün aylıq/kvartal HR xülasələrinin hazırlanması
Namizədə tələblər:
- HR sahəsində 3–5 il iş təcrübəsi (kadr uçotu və sənədləşmə üzrə praktiki təcrübə mütləqdir)
- Azərbaycan Respublikasının Əmək qanunvericiliyi üzrə yaxşı bilik və praktiki tətbiq bacarığı
- EMAS, İSB və 1C proqramlarında işləmə bacarığı (kadr əməliyyatları üzrə)
- Excel — yaxşı səviyyə (hesabatlılıq və analitika üçün)
- Azərbaycan dilində səlis yazı və danışıq; rus dili üstünlükdür (ingilis dili arzuolunandır)
- Güclü ünsiyyət, komandada işləmək bacarığı, konfliktlərin həlli və mediativ yanaşma
- Dəqiqlik, məsuliyyət, məxfilik, sənəd intizamı, deadline-lara riayət
Üstünlük verilir:
- Onboarding/offboarding sistemlərinin qurulması və təkmilləşdirilməsi təcrübəsi
- Motivasiya, engagement, daxili mədəniyyət layihələrində iştirak
- Təlimlərin təşkili və qiymətləndirilməsi ( təlim sonrası ölçüm)
- HR sənədləri və prosedurların (SOP, qaydalar, formalar) hazırlanması
- Rekrutinq prosesində praktiki iştirak (screening, müsahibə, offer, adaptasiya)
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: həftənin 5 günü (tam iş günü), saat 09:00 - 18:00
- Əmək haqqı: 800 Azn (təcrübə və bacarıqlara görə daha sonra artım olacaqdır)
- İşə başlama: Razılaşma ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.