Real İnşaat MMC Real İnşaat MMC
  • 844

Real İnşaat MMC

Tikinti

HR mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

HR mütəxəssis

  • Deadline 6 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin əsas məqsədi:

  • Şirkətin kadr uçotu və əmək münasibətləri üzrə sənədləşməsini (EMAS/İSB/1C) qanunvericiliyə uyğun, dəqiq və vaxtında aparmaq, eyni zamanda onboarding–offboarding, motivasiya, təlim və daxili HR təşəbbüslərini sistemli şəkildə idarə edərək komandanın sağlam HR mühitini gücləndirmək.

Əsas funksiyalar və vəzifə öhdəlikləri:

Kadr uçotu və sənədləşmə 

  • İşə qəbul, işdən azad, vəzifə/şöbə dəyişikliyi, əmək haqqı şərtlərinə dəyişiklik, ezamiyyət, məzuniyyət, intizam tədbirləri və s. üzrə sənədləşmənin tam icrası
  • Əmək müqavilələrinin hazırlanması, əlavələr və dəyişikliklərin rəsmiləşdirilməsi, şəxsi işlərin formalaşdırılması, arxivləşdirilməsi
  • Ərizə, təqdimat, əmr, akt, arayış, razılıq blankları və digər HR sənədlərinin hazırlanması və standartlara uyğun saxlanılması
  • Məzuniyyətlərin planlanması və uçotu: məzuniyyət qrafikləri, qalıqların izlənməsi, müvafiq qeydiyyatların aparılması
  • İşçilərin məlumat bazasının aktual saxlanılması, məxfilik və məlumatların qorunması qaydalarına ciddi riayət

Sistemlərdə işləmə: EMAS / İSB / 1C

  • EMAS-da əmək müqavilələri və kadr əməliyyatlarının düzgün qeydiyyatı və izlənməsi
  • İSB və 1C-də HR/kadr məlumatlarının daxil edilməsi, yoxlanması, uyğunluq nəzarəti
  • Sistemlərdə uyğunsuzluqların operativ aşkarlanması, düzəlişlərin təşkili və prosesin izlənməsi
  • Audit yoxlamaları üçün tələb olunan məlumatların hazırlanması (sənəd və sistem uyğunluğu)

Onboarding və adaptasiya

  • Yeni işçilər üçün onboarding planının hazırlanması (1-ci gün / 1-ci həftə / 1-ci ay) və icrasının koordinasiyası
  • Adaptasiya dövründə işçi ilə mütəmadi əlaqə, geri-bildirimlərin toplanması, risklərin əvvəlcədən müəyyən edilməsi
  • Sınaq müddəti qiymətləndirmələrinin toplanması və nəticələrin sənədləşdirilməsi

Offboarding və işdən ayrılma prosedurları

  • İşdən ayrılma prosesinin idarə edilməsi: sənədləşmə, təhvil-təslim, çıxış müsahibəsi (exit interview)
  • Riskli halların (konfliktli ayrılma, intizam tədbirləri, mübahisələr) düzgün kommunikasiya və sənəd intizamı ilə idarə edilməsi
  • Əmək münasibətlərinin bağlanması zamanı hüquqi uyğunluğa nəzarət

Motivasiya və daxili HR təşəbbüsləri

  • Motivasiya və tanınma proqramlarının təşkili və icrası (tədbirlər, mükafatlandırma mexanizmləri, daxili kampaniyalar)
  • Komanda mühitinin yaxşılaşdırılması üçün HR layihələrində iştirak (mədəniyyət, kommunikasiya, engagement)

Təlim və inkişaf

  • Təlim ehtiyaclarının toplanması, təlim planlarının hazırlanmasında iştirak
  • Daxili təlimlərin təşkilində koordinasiya (təlim təqvimi, qeydiyyat, iştirak izlənməsi, nəticə qiymətləndirməsi)
  • Yeni işçilər üçün əsas daxili qaydalar üzrə məlumatlandırma sessiyalarının təşkili (şirkət qaydaları, etik davranış, daxili prosedurlar)

HR hesabatlılığı və analitika (Excel)

  • HR göstəriciləri üzrə hesabatların hazırlanması: işə qəbul/işdən çıxma, kadr dövriyyəsi, məzuniyyət statusu, adaptasiya nəticələri və s.
  • Excel-də məlumatların işlənməsi: cədvəllər, filtre/sort, pivot, şərti formatlama, məntiqi funksiyalar (IF və s.)
  • Rəhbərlik üçün aylıq/kvartal HR xülasələrinin hazırlanması

Namizədə tələblər:

  • HR sahəsində 3–5 il iş təcrübəsi (kadr uçotu və sənədləşmə üzrə praktiki təcrübə mütləqdir)
  • Azərbaycan Respublikasının Əmək qanunvericiliyi üzrə yaxşı bilik və praktiki tətbiq bacarığı
  • EMAS, İSB və 1C proqramlarında işləmə bacarığı (kadr əməliyyatları üzrə)
  • Excel — yaxşı səviyyə (hesabatlılıq və analitika üçün)
  • Azərbaycan dilində səlis yazı və danışıq; rus dili üstünlükdür (ingilis dili arzuolunandır)
  • Güclü ünsiyyət, komandada işləmək bacarığı, konfliktlərin həlli və mediativ yanaşma
  • Dəqiqlik, məsuliyyət, məxfilik, sənəd intizamı, deadline-lara riayət

Üstünlük verilir:

  • Onboarding/offboarding sistemlərinin qurulması və təkmilləşdirilməsi təcrübəsi
  • Motivasiya, engagement, daxili mədəniyyət layihələrində iştirak
  • Təlimlərin təşkili və qiymətləndirilməsi ( təlim sonrası ölçüm)
  • HR sənədləri və prosedurların (SOP, qaydalar, formalar) hazırlanması
  • Rekrutinq prosesində praktiki iştirak (screening, müsahibə, offer, adaptasiya)

İş şəraiti:

  • İş yeri: Bakı
  • İş qrafiki: həftənin 5 günü (tam iş günü), saat 09:00 - 18:00
  • Əmək haqqı: 800 Azn (təcrübə və bacarıqlara görə daha sonra artım olacaqdır)
  • İşə başlama: Razılaşma ilə

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily58
  • Weekly188
  • Monthly975