Referans CLC Referans CLC
  • 478

Referans CLC

Səhiyyə

Satınalma üzrə Baş Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə Baş Mütəxəssis

  • Deadline 1 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr:

  • Müəssisələr üzrə aylıq satınalma sifarişlərinin toplanması və idarə olunması; 
  • Məhsul və xidmətlər üzrə bazar araşdırmasının aparılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlili; 
  • Yerli və beynəlxalq bazarda etibarlı təchizatçıların müəyyən edilməsi və seçilməsi; 
  • Təchizatçılarla effektiv danışıqların aparılması (qiymət, ödəniş şərtləri, çatdırılma müddəti və s.); 
  • Satınalma sifarişlərinin hazırlanması, icrasına nəzarət və prosesin optimallaşdırılması; 
  • Müqavilələrin hazırlanmasında iştirak və şərtlərin icrasına nəzarət; 
  • Malların vaxtında, düzgün və keyfiyyət standartlarına uyğun çatdırılmasının təmin edilməsi; 
  • Anbar və logistika şöbələri ilə sıx koordinasiyanın qurulması; 
  • Satınalma proseslərinin şirkətin daxili siyasət və prosedurlarına uyğun təşkil edilməsi; 
  • Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və performans monitorinqi; 
  • Xərclərin optimallaşdırılması, qənaət strategiyalarının hazırlanması və tətbiqi; 
  • Rəhbərlik üçün analitik hesabatların hazırlanması və təqdim edilməsi. 

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli sahələr üzrə üstünlükdür); 
  • Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi (iri şirkətlərdə təcrübə üstünlükdür); 
  • Azərbaycan dilində sərbəst, rus və/ və ya ingilis dili biliyi arzuolunandır; 
  • Analitik düşünmə və qərarvermə bacarığı yüksək; 
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı; 
  • ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür; 
  • Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi; 
  • Dürüst, çevik, məqsədyönlü və nəticəyə fokuslanmış yanaşma. 

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı (təcrübəyə uyğun olaraq müzakirə edilir); 
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; 
  • Dinamik və inkişaf yönümlü iş mühiti; 
  • Stabil və uzunmüddətli əməkdaşlıq imkanı. 

Tələblərə uyğun namizədlərdən CV-lərini “Satınalma üzrə Baş Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly123
  • Monthly1832