Regna MMC Regna MMC
  • 112

Satış Mütəxəssisi (Elektrik və Sənaye Avadanlıqlarının Təchizatı Sahəsi Üzrə)

Satış Mütəxəssisi (Elektrik və Sənaye Avadanlıqlarının Təchizatı Sahəsi Üzrə)

  • Deadline 28 October 2026

Əsas Öhdəliklər

·       REGNA POWER SUPPLY portfelinə daxil olan elektrik avadanlıqlarının (kabellər, transformatorlar, güc mənbələri / UPS, generatorlar, paylayıcı panellər, avtomatika və sənaye təchizatı) satışı və layihələndirmə təchizatını idarə etmək.

·       Potensial B2B müştərilərini (tikinti və podratçı şirkətlər, sənaye müəssisələri, energetika və infrastruktura layihələri) aşkar etmək və yeni tərəfdaşlıqlar qurmaq.

·       Müştərilərin texniki tələbatlarını analiz edərək uyğun kommersiya və texniki təkliflər (KP) hazırlamaq və təqdim etmək.

·       Kommersiya danışıqları aparmaq, müqavilələr bağlamaq və ödəniş proseslərinə nəzarət etmək.

·       Bazar tələbatını və rəqiblərin fəaliyyətini izləmək, yeni məhsul xətlərinin irəlilədilməsində iştirak etmək.

·       Satış planlarının yerinə yetirilməsi və rəhbərliyə dövri hesabatların təqdim olunması.

 

Namizədə Olan Tələblər

·       Təhsil: Ali təhsil (Elektrik mühəndisliyi, Energetika, Avtomatlaşdırma və ya Biznes/İqtisadiyyat sahələri üstünlükdür).

·       Təcrübə: B2B satışı, elektrik avadanlıqları və ya güc sistemlərinin təchizatı sahəsində ən azı 1–3 il iş təcrübəsi.

·       Biliklər: Elektrik və enerji təchizatı avadanlıqları üzrə baza texniki biliklər.

·       Dil bilikləri: Azərbaycan dili (səlis); Rus və ya İngilis dili bilikləri arzuolunandır.

·       Kompüter bilikləri: MS Office (xüsusilə Excel), 1C / CRM proqramları ilə işləmək bacarığı.

·       Şəxsi keyfiyyətlər: Yüksək danışıqlar aparmaq bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyə yönümlülük.

 

Şirkətin Təklifləri

·       AR Əmək Qanunvericiliyinə uyğun rəsmi rəsmiləşdirmə.

·       1000 AZN sabit əməkhaqqı və rəqabətədavamlı satış bonusları.

·       Elverişli və rahat lokasiya (Ulduz m/s-nin çıxışında yerləşən RST Biznes Mərkəzi).

·       Energetika və təchizat sahəsində peşəkar komanda ilə işləmək və karyera inkişafı imkanı.

 

MÜRACİƏT QAYDASI

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Satış Mütəxəssisi – REGNA POWER SUPPLY" qeyd etməklə [email protected] və ya [email protected] elektron ünvanlarına göndərə bilərlər.

 

 

  • Daily124
  • Weekly365
  • Monthly2704