Ofis Administratoru / Ofis Meneceri

  • Deadline 16 Oktyabr 2026

Vəzifə öhdəlikləri:

  • Ofisin gündəlik inzibati və təşkilati işlərinin idarə edilməsi və koordinasiyası
  • Rəhbərin tapşırıqlarının vaxtında və düzgün icrasının təmin edilməsi və koordinasiyası
  • Rəhbər və əməkdaşlar arasında iş proseslərinin düzgün təşkil edilməsi
  • Sənədlərin hazırlanması, sistemləşdirilməsi və arxivləşdirilməsi
  • Ofisdaxili nizam-intizamın və iş prosesinin düzgün təşkilinə nəzarət
  • Yeni əməkdaşların axtarışı, vakansiyaların yerləşdirilməsi, namizədlərlə müsahibələrin keçirilməsi və seçim prosesinin aparılması (Recruiter funksiyaları)
  • Əməkdaşlarla bağlı HR proseslərinin idarə edilməsi və müvafiq məsələlərin həll olunması
  • Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin və xitamların rəsmiləşdirilməsi
  • Daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər:

  • Cins: Qadın
  • Yaş: 28–40
  • Ali təhsil
  • Ofis idarəetməsi və inzibati işlər üzrə iş təcrübəsi
  • Yüksək təşkilatçılıq və idarəetmə bacarığı
  • Rəhbərin tapşırıqlarını düzgün prioritetləşdirmək və koordinasiya etmək bacarığı
  • Recruiter funksiyalarını yerinə yetirmək bacarığı
  • HR proseslərini müstəqil şəkildə idarə etmək və həll etmək bacarığı
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
  • Word və Excel proqramlarını yaxşı bilmək
  • Analitik düşünmə və problemləri operativ həll etmə bacarığı
  • Məsuliyyətli, operativ və təşəbbüskar olmaq
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı

Şərtlər:

  • Ofis Nərimanov metrosunun yaxınlığında yerləşir
  • İş qrafiki: həftədə 6 gün, 09:00–18:00
  • 6-cı gün qısa iş günüdür
  • Əməkhaqqı: fix 800–1000 AZN (net)+ bonus
  • Komfortlu ofis şəraiti
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly514
  • Monthly1607