R Rəqəmsal Tibbi Həllər (RTH) MMC
  • 669

Rəqəmsal Tibbi Həllər (RTH) MMC

Healthcare , IT

IT Biznes Analitik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

IT Biznes Analitik

  • Deadline 29 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz nə təklif edirik:

  • Çevik yanaşma, açıq ünsiyyət ilə fərqlənən iş mühiti.
  • Strateji əhəmiyyətli və innovativ rəqəmsal layihələrdə iştirak imkanı.
  • Gənc və peşəkar beyinlərin bir araya toplandığı komanda – öyrənmək və öyrətmək fürsəti.
  • Komanda ruhu –əməkdaşlıq üzərində qurulan, çevik yanaşma, açıq ünsiyyət ilə fərqlənən iş mühiti.

Tələblər:

  • Ali təhsil (IT istiqaməti üzrə);
  • 3+ il Business Analyst vəzifəsində təcrübə;
  • Biznes proseslərin modelləşdirilməsi və analizi üzrə bacarıqlar;
  • Agile və Waterfall metodologiyalarında iş təcrübəsi;
  • Güclü analitik düşüncə və ünsiyyət bacarıqları;
  • SQL üzrə biliklər və sorğuları (query-lər) yazmaq;
  • Swagger və Postman ilə işləmə bacarığı;

Üstünlük verilir:

  • Proqramlaşdırma məntiqi və kodlaşdırma üzrə baza biliyi (C#, Python, Java və s.);
  • Verilənlər bazası üzrə praktiki və nəzəri biliklər;
  • Software architecture prinsipləri (performance, scalability, flexibility və s.) haqqında ümumi bilik və yanaşma tərzi;
  • İngilis dili biliyi və sahə üzrə beynəlxalq sertifikatlar.

Vəzifə öhdəlikləri:

  • Mövcud proseslərin xəritələndirilməsi və optimallaşdırılması;
  • Funksional və texniki sənədlərin hazırlanması;
  • API və SQL üzrə test və təhlillərdə iştirak;
  • Texniki və biznes komandalar arasında əlaqələndirmə;
  • Fəaliyyəti üzrə ezamiyyələrin həyata keçirilməsi və hesabatların təqdim olunması;
  • Yeni yazılacaq və ya alınacaq tibbi idarəetmə üzrə proqram təminatının biznes proseslərinin mənimsənilməsində birbaşa iştirak;
  • Tibb müəssisələrində tətbiq olunacaq proqram təminatlarının istifadəçi tərəfindən tətbiqi proseslərinin analizi, təkmiləşdirilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • Çevik iş rejimi: Komandamızda hər bir əməkdaş təklif olunan iş saatlarını seçmək azadlığına malikdir. Hal-hazırda 3 iş rejimi təklif edirik: 08:00–17:00, 09:00–18:00 və 10:00–19:00.

Qeyd olunan tələbələrə cavab verən namizədlərdən, müraciətlərini müvafiq vakansiya adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaqdır. 

  • Daily64
  • Weekly405
  • Monthly405