Vəzifə öhdəlikləri:
- Restoran administratoruna gündəlik idarəetmə işlərində dəstək göstərmək
- Restoranın gündəlik fəaliyyətinin düzgün təşkil olunmasına nəzarətdə iştirak etmək
- Personalın iş qrafikinin və intizam qaydalarının icrasına kömək etmək
- Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət etmək
- Müştəri müraciət və şikayətlərinin operativ şəkildə həllinə dəstək olmaq
- Kassa, sifariş və hesabat proseslərinə nəzarətdə iştirak etmək
- Restoran daxilində xidmət keyfiyyətinin artırılması istiqamətində administratora kömək etmək
- Digər struktur bölmələri ilə koordinasiyalı işləmək
Namizədə tələblər:
- Restoran və ya xidmət sahəsində minimum 2 il iş təcrübəsi
- Ünsiyyət bacarığı yüksək olmalı
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətli, operativ və nizam-intizamlı olmaq
- Stressli şəraitdə işləmə bacarığı
- Azərbaycan dilini sərbəst bilmək (rus dili biliyi üstünlükdür)
- Kompüter bilikləri (MS Office proqramları) arzuolunandır
İş şəraiti:
- İş qrafiki: növbəli
- Əmək haqqı: 1200 AZN + satışdan faiz
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Mehriban və peşəkar komanda mühiti
Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.