Restoran şəbəkəmizə peşəkar və təcrübəli Baş Aşpaz axtarılır!
Namizədə tələblər:
- Gürcü mətbəxini mükəmməl bilməli və peşəkar səviyyədə yeməklər hazırlamalıdır.
- Baş aşpaz vəzifəsində iş təcrübəsi olmalıdır.
- Mətbəx komandasını idarə etmək və iş bölgüsü aparmaq bacarığı.
- Menyu hazırlanması və yeməklərin keyfiyyətinə nəzarət.
- Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarını bilməli.
- Məsuliyyətli, intizamlı və operativ olmalı.
- Yeni reseptlər və dadlar yaratmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Mətbəxin ümumi fəaliyyətinə rəhbərlik etmək.
- Gürcü mətbəxi üzrə yeməklərin yüksək keyfiyyətlə hazırlanmasını təmin etmək.
- Mətbəx əməkdaşlarının işini təşkil etmək və nəzarətdə saxlamaq.
- Məhsulların keyfiyyətinə və düzgün saxlanılmasına nəzarət.
- Menyunun hazırlanması və yenilənməsində iştirak etmək.
- Mətbəxdə yüksək dad və təqdimat standartlarını qorumaq.
İş şərtləri:
- Əmək haqqı: 2000–2500 AZN
- Tam iş günü
- Peşəkar və mehriban komanda
- Əmək haqqı təcrübə və bacarıqlara uyğun olaraq müəyyən edilir.
CV-lərinizi “Baş Aşpaz” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə uyğun namizədlərə geri dönüş ediləcək.