Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
- Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
- Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
- Müştəri seqmentlərinin müəyyən edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi;
- Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
- Komandanın idarə olunması
- PR təşəbbüslərinin, media əməkdaşlıqlarının təşkili;
- Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
- Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.
Kvalifikasiya tələbləri:
- Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil)
İş təcrübəsi:
- 6 il Marketinq sahəsində iş təcrübəsi,
- 3 il marketinq direktoru olaraq iş təcrübəsi;
Tələb olunan bilik və bacarıqlar:
- Rəqəmsal marketinq kanallarının idarə olunması;
- Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
- Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
- Stratejik düşünmə və analitika bacarığı;
- Layihələrin idarə edilməsi bacarığı;
- Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;
- Effektiv kommunikasiya bacarığı;
- Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür);
Təklif edirik:
- Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına görə təyin olunacaq
- Gənc və peşəkar komanda ilə dinamik iş mühiti;
- Restoran sahəsində təcrübəsi olan əməkdaşlara üstünlük veriləcək.
Tələblərə cavab verən namizədlər “Marketinq Direktoru” başlığı ilə öz CV və portfellərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.