Resant Consulting and Management Resant Consulting and Management
  • 526

Marketinq Direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq Direktoru

  • Deadline 1 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
  • Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
  • Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
  • Müştəri seqmentlərinin müəyyən edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi;
  • Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
  • Komandanın idarə olunması
  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının təşkili;
  • Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
  • Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil)

İş təcrübəsi:

  • 6 il Marketinq sahəsində iş təcrübəsi,
  • 3 il marketinq direktoru olaraq iş təcrübəsi; 

 ​​​​​​Tələb olunan bilik və bacarıqlar:

  • Rəqəmsal marketinq kanallarının idarə olunması;
  • Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
  • Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
  • Stratejik düşünmə və analitika bacarığı;
  • Layihələrin idarə edilməsi bacarığı;
  • Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;
  • Effektiv kommunikasiya bacarığı;
  • Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür);

Təklif edirik:

  • Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına görə təyin olunacaq
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti;
  • Restoran sahəsində təcrübəsi olan əməkdaşlara üstünlük veriləcək.

Tələblərə cavab verən namizədlər “Marketinq Direktoru” başlığı ilə öz CV və portfellərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily81
  • Weekly353
  • Monthly1417