Digital marketing mütəxəssisi (Targetoloq)

  • Deadline 9 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sən də dinamik və kreativ bir komandada çalışmaq istəyirsənsə, Resant Group səni axtarır! Restoranlar şəbəkəmizin digital marketinq komandasına peşəkar Targetoloq axtarırıq!

İş şəraiti:

  • Yer: Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü, ofisdə
  • Qeyd: Restoran təcrübəsi mütləqdir.

Sənin əsas vəzifələrin:

  • Tiktok Ads, Meta Ads, Instagram Ads və Google Ads platformalarında reklam kampaniyalarının qurulması və idarə olunması
  • Auditoriyaların dəqiq hədəflənməsi və A/B testlərinin aparılması
  • Kampaniyaların nəticələrinin izlənməsi, analizi və optimallaşdırılması
  • Marketinq komandasına rəqəmsal strategiyanın hazırlanmasında dəstək
  • Kreativ komandalarla sıx əməkdaşlıq

Bizim üçün vacib olan tələblər:

  • Rəqəmsal reklam sahəsində minimum 2 il təcrübə
  • Meta Ads və Google Ads menecerləri ilə işləmə bacarığı
  • Pixel, Tag Manager və Analytics platformaları ilə təcrübə
  • Kreativ və analitik düşüncə tərzi
  • Komanda ilə işləmə bacarığı və təşəbbüskar yanaşma
  • Azərbaycan dilində əla, rus və ingilis dillərində isə orta səviyyədə bilik arzuolunandır

Biz sənə nə təklif edirik:

  • Əmək haqqı - 3000 azn
  • Peşəkar və mehriban komanda
  • Yüksək tempdə təcrübə və inkişaf imkanı
  • Resant Group restoranlarında əməkdaş endirimləri

Necə müraciət etməli?
CV-ni və keçmiş layihələrindən nümunələri
Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər. Mövzu hissəsində “Targetoloq vakansiyası” qeyd etməyi unutma!
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly0
  • Monthly1176