İşə qəbul üzrə mütəxəssis (Recruiter)

  • Deadline 10 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı

Gündəlik fəaliyyətiniz:

  • Mövcud vakansiyaların təhlili, elanların hazırlanması və yerləşdirilməsi
  • Vakansiyalar üzrə namizədlərin aktiv axtarışı və cəlb edilməsi
  • Gündəlik müsahibə cədvəlinin hazırlanması və effektiv idarə olunması
  • Namizədlər üçün test və imtahan proseslərinin təşkili
  • İşə qəbul layihələrinin həyata keçirilməsində aktiv iştirak
  • Şirkətin işə qəbul siyasətinə riayət olunmasının təmin edilməsi

Sizdən gözləntilərimiz:

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • Rus dili - mükəmməl, İngilis dili - orta səviyyədə
  • MS Office (Word, Excel) və Outlook proqramlarında sərbəst işləmək bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Humanist və empatik yanaşma
  • Kreativ düşüncə tərzi
  • Məsuliyyət və şirkətə bağlılıq
  • Problemləri operativ və effektiv həll etmə bacarığı
  • Komanda ilə sağlam və etibarlı münasibətlər qurmaq bacarığı

Biz nə təklif edirik:

  • Həftəiçi 5 gün iş qrafiki (09:00 - 18:00)
  • Əmək haqqı: 600 - 800 AZN
  • Pulsuz nahar
  • Korporativ nömrə ilə təminat
  • HR sahəsində inkişaf və təlim imkanları
  • Rahat, dəstəkləyici və dinamik iş mühiti
  • Peşəkar və mehriban komanda

Müraciət qaydası:

Bu vəzifəyə müraciət etmək istəyən namizədlər mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily20
  • Weekly699
  • Monthly1083