Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması və gündəlik əməliyyatların işlənməsi
- Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik
- Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
- Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması
- Rəhbərliyə maliyyə hesabatlarının təqdim olunması
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində)
- Yaş həddi: 23 - 40 yaş
- Mühasibatlıq sahəsində minimum 2-4 il iş təcrübəsi
- Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər
- MS Office proqramlarını və 1C mühasibat proqramını sərbəst istifadə bacarığı
- Dəqiqlik, məsuliyyət və analitik düşüncə qabiliyyəti
İş şərtləri:
- İş qrafiki: İş qrafiki: 5 günlük.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər mövzu yerində “Aparıcı Mühasib” yazmaqla öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.