Resant Hotels Resant Hotels
  • 1.4K

Resant Hotels

Turizm

Lawyer Assistant

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Lawyer Assistant

  • Deadline 19 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Resant Hotels-də komandamızı gücləndirmək məqsədilə peşəkar və məsuliyyətli Lawyer Assistant (Hüquqşünas Köməkçisi) axtarırıq. Axtardığımız namizəd qrupumuzun bütün otellərinə hüquqi dəstək göstərərək şirkətin gündəlik əməliyyatlarında mühüm rol oynayacaq və birbaşa şirkətin Baş Hüquqşünasına hesabat verəcək. Resant Group-un Hüquq şöbəsində Köməkçi olaraq siz də bu unudulmaz komandanın bir hissəsinə çevrilir, otelçilik sektorunda öz potensialınızı tam şəkildə nümayiş etdirmək imkanı qazanırsınız.

Bu vəzifədə siz müxtəlif departamentlərlə sıx əməkdaşlıq edəcək, onların tələblərini otelin siyasətlərinə uyğun şəkildə təmin edəcək və eyni zamanda yüksək keyfiyyət və effektivlik standartlarını qoruyacaqsınız.

Vəzifə öhdəlikləri:

  • Təşkilatdaxili hüquqi sənədləşmə proseslərində iştirak etmək, hüquqi rəylərin hazırlanmasında və sənədlərin qanunvericiliyə uyğunluğunun təmin olunmasında Hüquqşünaslara dəstək olmaq;
  • Xarici işçilər üçün yaşayış və iş icazələrinin alınması proseslərində iştirak etmək və digər müvafiq hüquqi prosedurlara dəstək göstərmək;
  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlanmasında köməklik etmək;
  • Zərurət yarandıqda təşkilatı məhkəmələrdə, dövlət qurumlarında, müəssisələrdə və hüquq-mühafizə orqanlarında təmsil etmək;
  • Daxili hüquqi proseslərin optimallaşdırılmasında iştirak etmək, sənədlərin düzgün dövriyyəsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqları vaxtında və tələb olunan keyfiyyətdə icra etmək.

Namizədə tələblər:

  • Hüquq üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazı və danışıq bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
  • Hüquqi nitq və yazışma bacarığı;
  • Məsuliyyətlilik, operativlik, müstəqil və komanda ilə işləmək bacarığı;
  • Etibarlılıq, dəqiqlik və peşəkar etika prinsiplərinə sadiqlik.

Təminatlar və iş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;
  • Əmək haqqı 800-900 AZN net
  • Dostyana və peşəkar iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Stabil və etibarlı şirkətdə iş imkanı.

Resant Hotels-də Lawyer Assistant vəzifəsinə müraciət etmək üçün CV-nizi e-poçtun mövzu hissəsində Lawyer Assistant qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

  • Daily104
  • Weekly473
  • Monthly1041