İş yeri: Şəki (Shaki Palace Hotel)
Əsas vəzifə öhdəlikləri:
- Otel tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi
- Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanması
- Gündəlik kassa əməliyatları hesabatının hazırlanması
- Ay sonu inventarizasiyalarının həyata keçirilməsi və nəticələrin müvafiq sistemə daxil edilməsi
- Gündəlik əməliyyatların proqram təminatına işlənilməsi;
- Anbar üzrə mal-material ehtiyatlarının mədaxil və məxaric, yerdəyişmə və qaytarılma sənədlərinin (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) işlənilməsinə nəzarət;
- Debitor və kreditor üzləşmələrə nəzarət;
- Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət olunmasını təmin etməlidir.
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir.
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Mühasibatlıq üzrə 1 (bir ) ildən az olmayaraq iş stajına malik olmalı
- Mühasibatlıq proqramlarından peşəkar istifadə bacarığı olmalı
- Yüksək ünsiyyət və təqdimat bacarığına malik olmalı
- Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində təhsil almalı
Təkliflərimiz:
- İş qrafiki: həftə içi 5 gün ( 09:00-18:00)
- Şirkət tərəfindən nahar
- Korporativ telefon
- Daimi iş yeri
- Sadiq və peşəkar komanda
Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.